21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün saat 15-00-da Nərimanov rayon məhkəməsində hakim Vüqar Məımmədovun sədrliyi ilə Xəzər Lənkəran klubunun prezidenti mais Məınsimovun Qaynar.info-nun baş redaktoru Zahir əzəmətə və Fanat.az idman saytının köşə yazarı Natiq Muxtarlıya qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq məhkəməsi keçirilib. Gözlənildiyinin əksinə olaraq, iddiaçı tərəf şikayətlərini geri götürməyib.
Qaynar.info-nun verdiyi xəbərə görə, prosesdə çıxış edən jurnalistlərin vəkili Xalid Bağırov saytın redaksiyasının Nəsimi rayonu ərazisində yerləşdiyini əsas gətirərək, işin aidiyyəti üzrə bu rayon məhkəməsinə göndərilməsi barədə vəsatət qaldırıb. Hakim V.Məmmədov vəsatəti təmin edərək, işin Nəsimi rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.
Xəzər Lənkəran klubunun prezidenti Mais Məsimov özünün və ailəsinin şərəf-ləyaqətinin təhqir olunduğunu iddia edərək, jurnalistlərin Cinayyət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayətə cəlb edilməsini tələb edir.
Qeyd edək ki, N.Muxtarlı məhkəmə predmeti olan köşə yazılarında klub rəhbərliyini Xəzər Lənkəranın son illərdə uğursuz çıxış etməsində əsas məsuliyyətli tərəf kimi yarıtmaz idarəçilikdə, 18 milyonluq yeyinti fatktlarını gizlətməkdə və s.-də ittiham edir.Z.Əzəmət isə Fanat.az saytının layihə rəhbəri kimi məhkəməyə verilib.