21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Milli Net - Milli İnternet Mükafatı Müsabiqəsinin Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda Müsabiqənin gedişi ilə bağlı məsələlər müzakirə olunub.
Müzakirələrdə millinet.az saytında istifadəçilərin daha rahatlığı ilə bağlı aparılan təkmilləşdirmələr haqqında məlumat verilib. Qeydiyyat prosesinin daha çevik və effektiv qurulması istiqamətində atılan addımlar , həmçinin statistik məlumatların yerişdirilməsi, sonuncu təsdiqlənən saytların saytda verilməsi də müsbət dəyərləndirilib.
Təşkilat Komitəsinə daxil olan müraciətlərlə bağlı məlumat verilib. Bir sıra saytlar, xüsusilədə bloqlarda Milli Net bannerinin kodunun yerləşdirilməsində problemlərin olması diqqətə çatdırılıb. Java Script –i dəstəkləməyən resurslar üçün əlavə kod variantının hazırlanması və istifadəçilərə təqdim edilməsi məqsədəuyğun hesab edilib. Həmçinin qeydə alınan, lakin müəyyən səbəblərdən Milli Net kodunu saytında yerləşdirməyən resurslara Təşkilat Komitəsi adından Qaydaların tələblərinə əməl edilməsi ilə bağlı məktub göndərilməsi vacib hesab olundu.
Qeydiyyatından imtina edilən saytlarla bağlı Moderatorrların məlumatları dinlənilib. Bu cür saytları təqdim edənlərlə millinet.az vasitəsilə intensiv yazışmaların aparıldığı imtina olunan saytların bir çoxunda qüsurların aradan qaldırılmasından sonra yenidən müraciət əsasında təsdiqlənməsi haqqında məlumatlar verildi
Milli Net saytında, xüsusilə də qeydiyyat prosesindəki yeniliklərlə bağlı saytın “Tez-tez verilən suallar” bölməsində izahedici məlumatların verilməsi məqsədəuyğun hesab edilib.
Müzakirələrdə Müsabiqənin reklam işinin təşkili, Müsabiqə Komissiyasının üzvlərinin toplantısına hazırlıq və s. digər məsələlər ətrafında müzakirələr aparılıb.
Məlumat üçün bildirək ki,Milli Net Azərbaycan İnternet Forumu tərəfindən ölkədə internet sektorunun inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirmək məqsədilə təsis olunan Milli İnternet mükafatıdır.
01 oktyabr 2009-cu il tarixindən başlayaraq müsabiqədə qeydiyyat start götürüb. Qeydiyyat prosesi noyabrın sonunda yekunlaşacaq. İddiaçılar 2 ay müddətində www.millinet.az saytında qeydiyyatdan keçə bilərlər. Cari ilin sonunda müsabiqənin yekunlaşdırılması və qaliblərin mükafatlandırılması məqsədilə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.