21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
RİA Novostinin məlumatına görə, Britaniya kriminalist-ekspertləri cinayətkarın simasının açıqlanmasını sms-mətnlərin qurulması özəlliklərindən asılı olaraq linqvistik analizlərlə təyin edəcəklər.
Astonda Kriminalistik Linqvistika Mərkəzi nəzdində universitetin müdir müavini Tim Qrant söyləyib ki, sms təhlilin köməyi ilə artıq iki qatil tapılıb.
Cinayət işlərindən biri ingilis Daniel Consa aiddir. Polis şübhələnib ki, zərərçəkmişin itməsindən sonra onun telefonundan gələn sms-lər başqası tərəfindən yazılıb. Linqvistik analizlər nəticəsində, bu sms-lərin zərərçəkmişin əmisi Daniel Stüart Kempbell tərəfindən yazıldığı müəyyənləşib. Beləliklə, məlumat Kempbelin də cinayətdə iştirak etməsini sübut edib.
Bu texnologiya yazılan mətnlərin müəllifinin kimliyini müəyyən etmək üçündür. Kriminalistikada onun istifadəsinin çətinliyi analiz materiallarının məhdud  sayı ilə əlaqədardır. Doktor Tim Qrant hesab edir ki, sms-lərin linqvistik analizi gələcəkdə kriminal yoxlamanın əsas hissələrindən biri ola bilər.