21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Erməni dilində TV açılması üçün Türkiyə Xarici İşlər Nazirliyindən də razılıq alınıb
Türkiyənin TRT kanalı kürd dilində telekanalın açılmasından sonra Türkiyə tarixində daha bir ilki gerçəkləşdirmək istəyir. ANS PRESS-in Türkiyənin "Yeni Asır" qəzetinə istinadən verdiyi məlumata görə, TRT 2009-cu ilin sonundan fəaliyyətə başlayacaq erməni dilində TV üçün hazırlıq işləri görür. Bunun üçün Türkiyə Xarici İşlər Nazirliyindən də razılıq alınıb.
TRT-nin fevral ayında fəaliyyətə başlayacaq erməni dilində radio və veb saytı da, telekanalının yaradılması üçün baza rolunu oynayacaq. Telekanalda Ara Gevorgian, Tata, Nune Yesayan, Andre, Siruşo kimi erməni musiqiçilərinin mahnıları ilə yanaşı Türkiyədə erməni dilində mahnılar oxuyan qruplar da çıxış edəcək. Xaraktercə ailə kanalı kimi fəaliyyət göstərəcək telekanalda Türkiyə və Ermənistanda baş verən ən son hadisələr yer alacaq. Kanalın 2009-cu ilin sonlarında yayımlanacağı planlaşdırılır. Peyk vasitəsilə yayımlanacaq kanalı Türkiyədəki ermənilərlə yanaşı, Ermənistanda yaşayanlar da izləyə biləcək.
TRT-nin prezidenti İbrahim Şahin, kanalın bundan sonra bütün insanları cəlb edəcəyini bildirib: "TRT ekranlarında bütün təbəqələrdən insanları görə bilərsiniz. Şiə, kürd, erməni, demokrat, mühafizəkar, liberal. Bu cəmiyyət hansı zənginliklərə sahibdirsə, biz onu işıqlandırmağa məcburuq. Hazırda Türkiyədə, Türkiyə vətəndaşı olan ermənilərin sayı 60-70 min nəfərdir". ANS PRESS