21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“2008 - 2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkəmizdə təhsil sektoru üçün Məlumat və Resurs Mərkəzi (Data Mərkəzi - DM) yaradılır. Bu barədə “ULTRA” şirkətinin prezidenti Tahir Mirkişili məlumat verib. Onun sözlərinə görə, DM-in yaradılması Intel, HP, Microsoft və Cisco şirkətlərinin Azərbaycanda rəsmi partnyoru olan “ULTRA” şirkəti tərəfindən həyata keçirilir. T.Mirkişili bildirib ki, dünyanın aparıcı şirkətlərinin təqdim etdiyi müasir texnologiyaların tətbiqi sayəsində DM-in funksionallığı olduqca genişdir və ən müasir texnoloji standartlara cavab verir. 
Azərbaycan təhsil şəbəkəsində internetə “giriş və çıxış nöqtəsi” olmaqla yanaşı, mərkəz həmçinin, təhsilə aid informasiya resurslarının toplanacağı yer olacağını deyən T.Mirkişili vurğulayıb ki, mərkəzdə xüsusi “təhlükəsizlik qəfəsi” qurulub, bütün avadanlıqların 24 saat və rezervli çalışması üçün hər cür texniki imkan yaradılıb. “Mərkəzdə Azərbaycan təhsil şəbəkəsinin məlumatlarını yerləşdirmək üçün İntel platformalı dörd nüvəli HP serverləri quraşdırılıb. Bundan əlavə, mərkəzdə Azərbaycanda analoqu olmayan ən yeni fiziki təhlükəsizlik sistemləri quraşdırılıb. Məktəblərdəki bütün kompüterlər birbaşa mərkəzdən idarə olunacaq ki, bu da kompüterlərə texniki xidmətin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Mərkəzdə quraşdırılan texnologiya video-konfranslar keçirməyə imkan verəcək” - deyə sədr bildirib.
T.Mirkişilinin fikrincə, bu texnologiya mərkəzin konfrans zalından Azərbaycan təhsil şəbəkəsinə qoşulan bütün məktəblərdə, eyni zamanda mühazirələr və ya açıq dərslər keçirməyə imkan yaradacaq. Təhsil sisteminin informasiyalaşdırılmasının effektivliyini təmin etmək üçün Call-mərkəzin yaradılması üzrə iş getdiyini deyən sədrin sözlərinə görə, DM-in nəzdində yaradılan Call-mərkəz vahid telefon nömrəsi vasitəsilə informasiya təhlükəsizliyi, texniki dəstək və digər xidmətlərlə əlaqəni asanlaşdıracaq.