İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Nəsiman Yaqublu: “Mən internetin imkanlarından o qədər də istifadə etmirəm”.

26.10.2010 [11:53]

Fontu böyüt:      

Azərbaycanın ən müstəqil İKT portalı olan Xeberler.az-ın Seçki və İKT layihəsi davam edir. Müsahibimiz BDU Jurnalistika fakultəsinin baş müəllimi, M.Ə.Rəsulzadə irsinin araşdırıcısı, namizədliyi 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən irəli sürmüş Nəsiman Yaqubludur.

Azərbaycanın ən müstəqil İKT portalı olan Xeberler.az-ın Seçki və İKT layihəsi davam edir. Müsahibimiz BDU Jurnalistika fakultəsinin baş müəllimi, M.Ə.Rəsulzadə irsinin araşdırıcısı, namizədliyi 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən irəli sürmüş Nəsiman Yaqubludur.

- Nəsiman bəy, seçki marafonunda internet və yeni medianın imkanlarından necə istifadə edirsiz?

- Mən internetin imkanlarından o qədər də istifadə etmirəm. Əsasən, qəzetlərə üstünlük verirəm. İnternetdən ancaq Mərkəzi Seçki Komissiyasının (MSK) saytını izləyirəm. Bəzi məlumatlar var ki, ona görə internetə daxil oluram.

- Ümumiyyətlə, maraqlanmısız ki, sizin dairədən olan insanların neçə faizi internetin imkanlarından yararlanır?

- Faizi dəqiq deyə bilmərəm. Amma hiss olunur ki, 125 saylı Zəngilan-Qubadlı seçiciləri internetin imkanlarından istifadə edirlər.

- Sosial şəbəkələr və bloqlar. Sizcə təbliğat üçün hansı daha üstündür?

- Hər ikisinin öz yeri var. Amma təbliğat üçün əsas portallardır. Amma mən daha çox real ünsiyyətə üstünlük verirəm.

- Seçicilərlə görüşlərinizi bloqunuzda və ya youtube-də yayımlamaq fikiriniz varmı?

- Yox, belə bir fikrim yoxdur.

- Internet portallara reklam vermisinizmi? 

- Reklam haqda düşünmürəm. Bu yöndə ən yaxşı üsul canlı ünsiyyətdir.

- Bəziləri düşünür ki, Azərbaycanda siyasi vəziyyət mürəkkəbləşsə facebook, youtube, tvitter kimi saytlara qadağa qoyulacaq. Sizcə belə bir hal ola bilərmi? Əgər olsa nə kimi tədbirlərə əl atacaqsınız?

- Məncə, belə bir hal başa verə bilməz. Bu o qədər də inandırıcı deyil.

- Bu yaxınlarda deputatlığa namizədlərdən biri belə bir təklif irəli sürdü ki, seçkilərdən əvvəl virtual seçki keçirilsin. Onun fikrincə bu addım seçkiləri daha da şəffaf edər. Siz bu fikirlə razısınızmı? Sizcə belə bir şeyə ehtiyac varmı?

- Məncə şəffaflıq üçün bu çox gözəl üsuldur. İnternet səsverməsi hər şeyi obyektiv edə bilər. Məsələn, mən internet səsvermədə birinci yerə çıxmışam. Orada 57% səs yığmışdım.

- Bu nəticə 7 noyabrda təkrarlana bilərmi?

Əgər seçki saxtakarlığı olmasa bəli bu nəticə təkrarlanacaq. Bizim dairədən gedən İmamverdi İsmayılov 3 dəfə seçilib, indi 4-cü dəfə namizədliyini verir. Seçicilər ondan narazıdırlar. Verdiyi vədləri yerinə yetirmir, camaat onu qətiyyən qəbul eləmir. Sadəcə icra struktrları onun adını qutudan çıxarmağa çalışırlar. Əgər mən deputat seçilməsi seçicilərin yanında olacam. Sizin saytınız vasitəsilə demək istəyirəm ki, deputat seçilsəm özümə yeni sayt açacam və həmişə seçicilərin yanında olacam.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar