21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
01.06.2010-cu il tarixində Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.Toplantıda AİF tərəfindən RİTN və Delta-Telekom şirkətinə göndərilən sorğulara verilən cavablar, Milli Net –Milli İnternet Mükafatının Əsasnaməsinə edilən dəyişiklik, Google şirkətinə məxsus resurslarda Azərbaycanla bağlı qeydi-dəqiq informasiyaların yayılması haqqında məsələlər müzakirə edilib.
Toplantıda ölkədə ADSL istifadəçilərinin sayı ilə bağlı AİF tərəfindən edilən müraciətə RİTN-nin verdiyi cavab müzakirə olunub. Cavabda bir sıra informasiyalar açıqlansa da , internetin keyfiyyətinə ictimai nəzarəti gerçəkləşdirmək üçün gərəkli olan əsas informasiyanın- Provayderlərin istifadə etdikləri ATS –lərin resursları haqqında məlumatı verməkdən RİTN –nin imtina etməsi təəssüflə qarşılanıb. Provayderlərin ATS –lərdə istifadə etdikləri telefonun xətlərinin sayı haqqında, xüsusilə dövlət ATS- lərində istifadə olunan xətlər haqqında məlumatın təqdim edilməməsi internet ictimaiyyəti tərəfindən internetin keyfiyyəti üzərində ictimai nəzarətin gerçəkləşdirilməsində RİTN-nin maraqlı olmaması kimi dəyərləndirilib. Toplantıda informasiya sorğusuna cavab vermədiyinə görə, həmçinin milli İnternet ünvanların qeydiyyatı ilə bağlı qanunvericiliyin tələblərini kobud surətdə pozduğuna görə RİTN-nin məhkəməyə verilməsi məsələsinin araşdırılması, ölkədə internetin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində addımların davam etdirilməsi vacib hesab olunub.
Hər bir Provayder tərəfindən alınan internet trafikin həcmi ilə bağlı informasiyaların Delta-Telekom şirkətinin saytında yerləşdirilməsi istiqamətində atılan addımlar müsbət dəyərləndirilib. // xeberler.az/Ellada