21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
İqtisadi İnkişaf Nazirliyinin sifarişinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda “Əmək bazarının informasiya texnologiyaları mütəxəssisləri seqmentində tələb və təklifin tədqiqi və müvafiq təkliflərin hazırlanması” layihəsinin həyata keçirilməsi istiqamətində tədqiqatlar aparılır. 
İnstitutdan bildiriblər ki, hazırda Azərbaycanda informasiya texnologiyaları sahəsində təqribən 15 min 975 mütəxəssis çalışır. Onların 4 min 128–i kiçik müəssisələrdə, 6 min 137 nəfəri orta müəssisələrdə, 3 min 800 nəfəri isə iri müəssisələrdə işləyir. 
Bu gün Azərbaycanda informasiya texnologiyaları üzrə 5 minədək vakant yer var. İnformasiya texnologiyaları ixtisası üzrə əsasən proqramçı-mühəndis, kompyuter operatoru, informasiya təhlükəsizliyi üzrə mütəxəssis, kompyuter sistemlərinin istismarı üzrə mühəndis, sistem-proqramçısı, şəbəkə administratoru və s. mütəxəssislər tələb olunur.