21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndiFontu böyüt:
 04. 03. 2008
                                          Azərbaycan İnternet Forumunun  
                                                                    Məlumatı
AIF İnternetin keyfiyyətinin yaxşılaşdırılması  və qiymətlərin  endirilməsi ilə  bağlı Rabitə  və İnformasiya Texnologiyaları  Nazirliyinə Təkliflər  təqdim edib.
 Təkliflərdə 27  fevral tarixdə AİF tərəfindən İnternet  ictimaiyyəti nümayəndələrinin iştirakı ilə  keçirilən müzakirələrdə qeyd olunanlar da  nəzərə alınıb. 
Təkliflərdə ölkədə İnternetin inkişaf  tempinin daha da  artırılmasına , internet  xidmətlərinin qiymələrinin endirilməsinə, İnternet  bazarında sərbəst  və azad  bazar  rəqabətinin formalaşmasına, dövlət rabitə müəssisələri   və özəl provayderlər  arasında münasibətlərin ədalətli qurulmasına kömək edəcək müddəalar öz əksini tapıb.
Təkliflərdə dövlət  rabitə müəssisələri tərəfindən  özəl provayderlərdən hər  müştəriyə  görə əsassız olaraq tutulan aylıq ödənişlərin dərhal   ləğv edilməsi, Özəl Provayderlərin ATS - lərə ödədikləri avadanlıq və kanal xərclərinin azaldılması istiqamətində RİTN tərəfindən  ciddi tədbirlərin görülməsi zəruri  hesab edilib.
Təkliflərdə Provayderlərin Global şəbəkəyə bağlantı kanallarının qiymətlərinin endirilməsi imkanlarının bir daha davam etdirilməsi məqsədəuyğun hesab olunub. Bu istiqamətdə hökumətin yardımlarının da nəzərdən keçirilməsinin səmərəli ola biləcəyi vurğulanıb.
Təkliflərdə ölkədə internetin kütləviliyinin və populyarlığının artırılmasına , ADSL modemlərin güzəştli qiymətlərlə satılmasına, İctimai İnformasiya Mərkəzlərinin formalaşdırılmasına xidmət edən Proqramların və Layihələrin dövlət tərəfindən dəstəklənməsinin vacibliyi qeyd olunub.
Rabitə  və İnformasiya  Texnologiyaları cənab Əli  Abbasova ünvanlanan Təkliflərdə  həmçinin Provayderlərin fəaliyyətində  şəffaflığın təmin edilməsi istiqamətində, eyni  zamanda İnternet  xidmətlərinin  keyfiyyətinin  və  qiymətlərinin vəziyyətin öyrənilməsi məqsədilə dövlət, biznes  və  vətəndaş  cəmiyyəti  qurumlarının iştirakı ilə  Monitorinqlərin keçirilməsinin  əhəmiyyətli olacağı  bildirilib.
Təkliflərdə həmçinin milli internet ünvanların( .az domeninin) qeydiyyatı prosesinin legitimləşdirilməsi istiqamətində də  müddəalar öz əksini  tapıb.
 AİF
492-44-44
[email protected]
www.cit.az