21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu il dünya üzrə internet istifadəçilərinin sayı iki milyardı keçəcək. Bu Yer Kürəsi əhalisinin üçdə bir hissəsi deməkdir. Bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının yeni hesabatında bildirilir.
Hesabata əsasən, 2010-cu ildə Qlobal Şəbəkədə qeydə alınmış 226 milyon yeni istifadəçinin 162 milyonu inkişaf edən ölkələrdə yaşayır və bu regionlardan istifadəçi artımı daim yüksəlməkdədir.
Lakin ilin sonuna kimi inkişaf etmiş ölkələrin ümumi əhalisinin 71 faizi internetə qoşulacaq, inkişaf edən ölkələrdə isə bu göstərici cəmi 21 faiz təşkil edəcək.
BTİ mütəxəssisləri qeyd edirlər ki, inkişaf edən ölkələr üçün nəinki şəbəkəyə çıxış, keyfiyyətli internetin təmin olunması olduqca vacib məsələdir. BTİ-nin baş katibi Hamədun Turenin sözlərinə görə, genişzolaqlı çıxış onların əsas hədəfidir: “Sürətli internet iqtisadiyyatda yeni iş yerlərinin açılması, insanların savadlılıq səviyyəsinin artırılması, eləcə də iqtisadi rəqabət üçün uzunmüddətli şəraitlərin yaradılmasına imkan verir”.
mənbə: anspress.com