21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
İyulun 9-10-da İstanbulda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov təmsil edib.
Toplantını Ümumdünya Mətbuat Şuraları Asosiasiyasının prezidenti, Türkiyə Mətbuat Şurasının sədri Oqtay Eqşi açaraq qurumun ötən il ərzində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Dünya miqyasında mətbuatda müşahidə olunan tendensiyalardan söz açan O.Eqşi hazırkı dövrdə internet medianın geniş vüsət almasının yazılı medianın satış faizinə əsaslı təsir göstərdiyini vurğulayıb. O, dünya iqtisadi böhranının mətbuata təsiri ilə bağlı da faktlar açıqlayıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında rəhbərlik etdiyi qurumun iş prinsipləri barədə məlumat verib. Onun sözlərinə görə, Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq Azərbayjanda formalaşdırılan Mətbuat Şurasının təcrübəsindən bir sıra postsovet ölkələrində oxşar qurumların formalaşdırılması məqsədilə istifadə olunub. Ə.Amaşov Şuranın media-ijtimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirdiyi işlərlə bağlı konkret faktlar da açıqlayıb.
Şura sədri həmçinin ölkədə media sahəsində həyata keçirilən dövlət siyasəti barədə də məlumat verib. Tədbir iştirakçıları çıxışda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə bağlı səslənən fikirlərə diqqətlə yanaşıb, təşkilatın iş prinsipləri ilə ətraflı maraqlanıblar
Toplantıda müzakirə edilən başlıca məsələlərdən biri dünyada söz və mətbuat azadlığının durumu olub. Çıxış edənlər bu sahədəki vəziyyətin tənzimlənməsində fərqli fəaliyyət istiqamətlərinə malik Mətbuat Şuralarının ümumi strategiyasının hazırlanmasını irəli sürüblər.
Sonda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının yeni prizedenti seçilib. Bu, Hindistan Mətbuat Şurasının sədri J.N.Ray olub.