21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dünya mediası aprelin 30-da Azərbaycanda 13 nəfərin ölümünə səbəb olmuş qanlı olaya ad verməkdə çətinlik çəkirlər. “Amerikanın səsi”nin hazırladığı icmala görə, bəzi media vasitələri bu hadisənin terror aktı olduğunu, digərləri isə başqa məqsədlərlə törədildiyini bildirirlər.
Nüfuzlu “Times” jurnalı diqqəti ona yönəldir ki, yayılan rəsmi açıqlamalarda hadisənin motivi ilə bağlı heç bir fikir işlədilmir.
“Forbes”in yazdığına görə isə, rəsmilər ümumiyyətlə, bu hadisənin arxasında hər hansı siyasi motivin dayandığını güman etmirlər. “Times”in əməkdaşı Toni Halpin Moskvadan yazır ki, qurbanlar arasında təhlükəsizlik içşisi, xadimə, fakultə rəhbəri və ikisi əcnəbi olmaqla tələbə və professorlar da var. Xüsusi təhlükəsizlik qüvvələri ilkin məlumatdan sonra binaya daxil olublar.
“Los Angeles Times”in müxbiri Meqan Stak isə yazır ki, hadisədə ölənlərdən başqa çoxlu yaralı da var. Qəzet Azərbaycanın daxili işlər nazirliyinin sözçüsü Ehsan Zahidovdan belə bir sitat gətirir ki, adətən bu saatlarda universitet binası tələbə və professorlarla dolu olur. Zahidov deyib ki, qatil gənc olsa da, onun özünün tələbə olub-olmadığı müəyyənləşdirilməyib. Nazirlik rəsmisi hadisənin motivini adlandırmaqda çətinlik çəkir. Türkiyəli tələbə Bəkir Bələk isə “CNN-Türk”ə hadisəni belə təsvir edib ki, panika nəticəsində tələbələr dəhlizə çıxıb, qatil isə hamıya güllə açıb.
“Times” Neft Akademiyası haqda da məlumat verir. Vaxtilə Neft və Kimya İnstitutu adlanan bu təhsil ocağında Rusiyanın ən böyük neft şirkəti «Lukoyl»un prezidenti Vahid Ələkbərov, Anqola prezidenti Jose Eduardo dos Santos, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev və Stalin dövründə NKVD-nin rəhbəri olmuş Lavrenti Beriya da təhsil alıblar.
Bakı faciəsinə geniş yer ayıran “ABC” isə diqqəti ona yönəldir ki, qatilin istifadə etdiyi silah Rusiya istehsalı olan “Makarov” tiplidir, basqınçının özünün isə Gürcüstan vətəndaşı olduğu bildirilir. Gürcüstanın Bakıdakı səfiri Nikolas Natbiladze “Ria Novosti”yə açıqlamasında bu hadisə ilə əlaqədar iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığı vacib sayıb. www.musavat.com