21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
İnsanların sosial şəbəkələrdə ünsiyyətə daha çox meyl etməsi onlarda psixi problemlərin yaranmasına səbəb olur. Bunu bazar ertəsi Trend-ə respublikanın baş psixiatoru Gəray Gəraybəyli deyib.
"Sosial şəbəkələrdə ünsiyyətə üstünlük verən şəxslər canlı ünsiyyətdən uzaq durmağa çalışırlar", - Gəraybəyli deyib.
Psixiator insanların canlı ünsiyyətə daha çox yer ayırmasını məsləhət görür və bildirir ki, canlı ünsiyyətdə olan insanların psixoloji problemləri kifayət qədər az olur.
"Canlı ünsiyyəti heç bir sosial şəbəkə, internet, telefon danışığı əvəz edə bilməz. Virtual münasibətə üstünlük verən insanların canlı ünsiyyətdə problemləri yaranır. Belə şəxslərin söz ehtiyatı kifayət qədər olmur, nitqlərində problem yaranır. Mənə müraciət edənlər arasında belələri var. Eləsi var ki, 2 ilə yaxındır bir qızla internet vasitəsilə tanış olub, ünsiyyət yaradıb. Lakin görüşəndə danışmağa bir mövzu tapmayıblar, bir-birilərindən çəkiniblər. Bu isə sonda həmin şəxslərdə psixi problemlərin yaranması ilə nəticələnir", - Gəraybəyli deyib.