21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Google Me” sosial şəbəkəsi payızda istifadəyə veriləcək
“Google” korporasiyasının icraçı direktoru Erik Şmidt “Google Me” sosial servisinin işlənib hazırlanmasına dair xəbəri rəsmi sürətdə təsdiqləyib.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, şəbəkənin 2010-cu ilin payız aylarında kütləvi istifadəyə verilməsi planlaşdırılır.
Erik Şmidt bildirib ki, “Google”un yeni şəbəkəsi “Facebook”la rəqabət aparmayacaq. “Google Me” əsasən artıq mövcud və olduqca populyar olan axtarış sisteminin, “YouTube” portalının, “Google Maps” xəritələrinin və digər servislərin birləşdirici əlavə platforması kimi fəaliyyət göstərməlidir.
Hazırda “Google” “Facebook” istifadəçilərinin əlaqə səhifələrinə çıxış əldə etməyi düşünür. Erik Şmidtin sözlərinə görə, bu, “Google”yə qarşı kifayət qarşı ədalətli bir qərar olardı, çünki “Facebook”da dostların dəvət olunması üçün “Google” servisinin istifadəçilərinin əlaqə səhifələri fəal istifadə olunur: “Facebook üçün ən yaxşı variant məlumatlara çıxışı verməkdir. Əks təqdirdə bu informasiyanın əldə olunması üçün bir çox yollar və üsullar mövcuddur”.
Qeyd etmək lazımdır ki, “Google” artıq sosial şəbəkələrin yaradılması sahəsində bir qədər təcrübəyə malikdir. Şirkətin “Orkut” servisi ingilisdilli ölkələrdə elə də populyarlıq qazana bilməyib. Lakin Braziliya və Hindistan istifadəçiləri bu şəbəkədən kifayət qədər fəal istifadə edir. “Okrut” sosial şəbəkəsinin ümumi istifadəçi auditoriyası 100 milyonu keçir.