21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azerfon MMC-nin əməli texniki briqadaları, əlavə mobil stansiyalarının quraşdırılması və işçi gücünün səfərbər olunması sayəsində Azərbaycanın daşqından zərər çəkən bir neçə regionunda Nar Mobile baza stansiyalarının fasiləsiz işi təmin olunmuşdur.
Korporativ Əlaqələr üzrə Departamentinin rəhbəri Elşad Fərzəliyev: “Fəlakət zonasında şəbəkənin gücləndirilməsi üzrə işlər Nar Mobile abunəçilərinə yaxınları ilə əlaqə saxlamağa, xilasetmə xidmətlərinə isə işlərini səmərəli olaraq koordinasiya etmək və vəziyyətin dəyişilməsinə operativ şəkildə reaksiya etməyə imkan yaradır.”
Nar Mobile şəbəkəsinin yüksək etibarlılığı, onun bu kimi fövqəladə hallara texniki hazırlığı rabitənin keyfiyyətinin təkmilləşdirilməsi üzrə planauyğun proqramın nəticəsidir.
Hal-hazırda Nar Mobile şəbəkəsinin texniki infrastrukturu abunəçilərə təqdim olunan bütün xidmətlərin əsasıdır. Onun etibarlılığı pik-saatlarında, bayram günlərində, eləcə də bu cür kataklizmlər zamanı sınaqdan çıxarılır. Bu gün əminliklə demək olar ki, Nar Mobile şəbəkəsi bir daha sınaqdan keçib və təbii fəlakətlə eyni zamanda baş verən bütün yüklərə davam gətirdi.