21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan təhsil şəbəkəsinin (AZEDUNET) Kompüter şəbəkələrinin təhlükəsizlik mərkəzi (CERT/CSIRT ) yaradılıb.
AZEDUNET-in direktoru Səməd Abbasovun sözlərinə görə, 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində yaradılmış mərkəzin məqsədləri həm Azərbaycan təhsil şəbəkəsinə istiqamətlənən, həm də şəbəkədən çıxan məlumatların təhlükəsizliyi ilə bağlı hadisə və təhlükələrin qarşısının alınmasından ibarətdir: Bununla belə, söhbət tək düşünülmüş hücum və icazəsiz giriş cəhdlərindən deyil, həmçinin nasazlıqlar, avadanlıq və proqram təminatının istifadə qaydalarına riayət olunmaması ilə bağlı hadisələrdən, həmçinin zərərverici virusların yayılmasından gedir.
Mərkəz hadisələr üzrə məlumatların toplanılmasını və təhlil olunmasını təmin etməklə yanaşı Azərbaycan təhsil şəbəkəsinin istifadəçilərinə kompüter şəbəkələrinin informasiya təhlükəsizliyini təmin etmək məqsədilə məsləhətçi və texniki dəstək göstərir.
Operativ cavabvermə üçün müasir monitorinq və kompüter şəbəkələrinin fəaliyyətində qeyri-adiliklərin aşkarlanması alətləri istifadə olunur. Mərkəz mümkün hadisələrin qarşısının alınması məqsədilə tədris institutlarında profilaktik və önləyici işlər həyata keçirirməklə yanaşı fəal təhlükəsizlik işləri ilə də məşğul olur.
S.Abbasov həmçinin qeyd edib ki, informasiya təhlükəsizliyilə bağlı məsələlər həm informasiya məhsul və xidmətlərinin təchizatçıları, həm də onların istehlakçıları üçün böyük əhəmiyyət daşıyır. Halbuki, məlumat və kompüter şəbəkələrinin təhlükəsizliyi keyfiyyəti formalaşdıran ən vacib faktorlardan hesab olunur.
Mərkəzin əsası AZEDUNET-in sələfi AzNET layihəsi (2004-2007) çərçivəsində qoyulmuşdur. Azərbaycan təhsil şəbəkəsinin CERT qrupu Avropanın CERT Cəmiyyətinin üzvüdür ki, bu da operativ şəkildə məlumat mübadiləsini aparmağa və qlobal xarakterli təhlükələrə ani olaraq cavab verməyə imkan verir.