21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bakıda «MDB məkanı KİV-lərində etik prinsiplər: problemlər, tendensiyalar» mövzusunda beynəlxalq konfrans keçirilə bilər. Bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.
Paytaxt Vyanada fəaliyyət göstərən müxtəlif jurnalist təşkilatlarındakı görüşlərin məhsuldar keçdiyini deyən Şura sədri belə bir təşəbbüsün qarşılıqlı müzakirələr sonrası meydana çıxdığını vurğulayıb: «Tədbirin Bakıda keçirilməsi istər Azərbaycan, istərsə də bütövlükdə MDB məkanı üçün əhəmiyyətlidir. Azərbaycan Mətbuat Şurası 6 ildir ki, fəaliyyət göstərir. Qurum media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi sahəsində yetərincə təcrübəyə malikdir. MDB məkanının digər yerlərində Mətbuat Şurası bir institut olaraq zəif inkişaf edib. Bu baxımdan Azərbaycandakı eyni adlı qurumun iş praktikasının araşdırılması əhəmiyyətlidir. Əlbəttə, nöqsan və çatışmazlıqlar, həmçinin öyrənilməli olan bir çox istiqamətlər də var. Bütün bunlarla bağlı avropalı ekspertlərin fikirlərinin, o cümlədən Mətbuat Şurası ilə bağlı böyük tarixə malik Avstriyanın təcrübəsinin daha yaxından mənimsənilməsi maraqlı olardı», - deyə o bildirib.
Bu kimi məqamlar MŞ sədri və Şura sədrinin müavini Umud Rəhimoğlunun Avstriyada Mətbuat Şurası məsələləri üzrə koordinator Andrea Kollerlə də görüşündə müzakirə edilib. A.Kollerin sözlərinə görə, 40 illik tarixə malik Avstriya Mətbuat Şurası hazırda fəaliyyətini dayandırıb: «Şuranın təsisçilərindən biri qəzet sahibkarları assosiasiyasıdır. Şura isə assosiasiyaya üzv olan qəzetlər barədə kəskin qərarlar çıxarıb. Nəticədə təsisçilər arasında fikir ayrılıqları yaranıb və Şura fəaliyyətini dayandırıb».
A.Koller mövcud vəziyyətdən vətəndaşların və ayrı-ayrı ictimaiyyət nümayəndələrinin əziyyət çəkdiyini deyib. Çünki ölkədə senzura yoxdur və söz azadlığı ilə bağlı geniş imkarların mövcudluğu şəraitində bir çox qəzetlər sui-istifadələrə yol verir. Bu da bütövlükdə cəmiyyət tərəfindən mənfi qarşılanmaqdadır. Hazırkı durumdan ən optimal çıxış Avstriya Mətbuat Şurasının fəaliyyətini bərpa etməkdir. A.Koller həmin məsələ ilə əlaqədar işlərin koordinasiya edildiyini vurğulayıb.
Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, iş strukturu və həyata keçirdiyi layihələr barədə məlumat verib, görüş iştirakçılarının suallarını cavablandırıb