21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Xalq artisti Həmidə Ömərova yeni sayt hazırlayır. Aktrisanın verdiyi məlumata görə, bu sayt Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının verdiyi qrant hesabına hazırlanır.
SİA-nın verdiyim məlumatda bildirilir ki, layihənin əsas məqsədi Azərbaycan aktyorlarının tanınmasına kömək etməkdir. Bir neçə gün əvvəl Şəki şəhərində layihənin həyata keçirilməsinə başlayan xalq artisti əlavə edib ki, layihə ilə əlaqədar bundan sonra da bir neçə rayon və şəhərdə olacaqlar.
”Layihənin əsas məqsədi royonlarda yaşayan və unudulan sənət adamlarını, aktyorları sayt vasitəsilə xalqa tanıtmaq və onlar barədə geniş məlumat verməkdir. Gedilən rayonlarda sənətçilərin şəkilləri çəkilib, onlardan maraqlı müsahibələr götürülüb. Yaxın günlərdə isə Gəncəyə və Lənkərana getməyi planlaşdırırıq. Hazırlanan sayt 2 dildə - Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək. Ümid edirəm ki, belə vasitələrlə sənətçilərimiz beynəlxalq miqyasda tanınacaq. Bəlkə də bu saytın köməyi ilə aktyorlarımıza başqa ölkələrdən təkliflər də gələcək”, - deyə aktrisa bildirib.
H.Ömərova qeyd edib ki, layihə üçün 8 min manat vəsait ayrılıb. Qeyd edək ki, layihənin icra müddəti 5 aydır. Rəhbərlik etdiyi “Professional kinoaktyorlar gildiyası”nın atacağı addımların sənət aləmi üçün xeyir gətirəcəyinə böyük ümid bəsləyən xalq artisti vurğulayıb ki, bir neçə ay sonra saytın təqdimatı keçiriləcək.