21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Facebook tətbiqləri qorxutmağa davam edir: xakerlər yenidən şifrələrin arxasında...
Facebook artıq əvvəlki qədər etibarlı deyil. Qısa aralıqla ortaya çıxan iki Facebook tətbiqi, istifadəçilərin fərdi məlumatlarını əldə etmək üçün bənzər üsullara müraciət edir. İlk olaraq bir neçə gün əvvəl görülən Error Check System tətbiqi, istifadəçilərə profillərinin görüntülənmədiyini söyləyərək şifrələrini oğurlamağa çalışırdı.
Yeni tətbiq isə Facebookun istifadəçi müqaviləsini pozduqları səbəbiylə, profillərinin silinmək üzrə olduğunu söyləyərək qorxudur və istifadəçiləri göndərdiyi e-poçtdakı əlaqəyə basmağa təşviq edir. Bu əlaqəyə basıldığında isə istifadəçinin şifrəsini əldə edən xakerlər ayrıca eyni e-poçtun tələyə düşən yoldaşlarına da göndərilməsini təmin edirlər.
Son zamanlarda tez-tez gündəmə gələn Facebookun istifadəçi müqaviləsi müzakirələri sayəsində yaranan problemlər fonunda ikinci xaker tətbiqinin bu ana qədər neçə adamın şifrəsini oğurladığı məsələsi meydana çıxır.
Facebook tətbiqləri ilə əlaqədar ən böyük problemin, hər hansı birinin Facebook üçün asanlıqla tətbiq yaza bilir olmasıdır. Üstəlik bu tətbiqlərin nəşr olunması üçün Facebook tərəfindən nəzarət edilməsi lazımlılığı belə yoxdur.