21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bakı şəhərində analoq ATS-lərin elektronlaşdırılması 2009-cu ilin sentyabr-oktyabr aylarında tam başa çatdırılacaq. Bu barədə APA-ya Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov məlumat verib.
Nazir müavininin sözlərinə görə, Bakıda analoq ATS-lərin elektronlaşdırılmasına dair elan olunmuş tenderlərin yarıdan çoxu artıq başa çatıb: «Bu ilin sentyabrın sonunda – oktyabrın əvvəlində aparılan işlər tam başa çatacaq. Bura 47x və 447 indeksi ilə başlayan ATS nömrələri daxildir. Təxminən 150 min nömrə elektronlaşdırılacaq».
İ.Məmmədov onu da qeyd edib ki, 2009-cu ilin sonu – 2010-cu ilin ilk rübü ərzində 438, 494, həmçinin Bakıda ilk elektronlaşdırılmış 493 və 498 ATS-lərinin müasirləşdirilməsi işləri də başa çatacaq: «Hazırda istehsalçı şirkətlərlə maliyyə danışıqları aparılır və danışıqlar uğurla başa çatdırılarsa cari ilin sonuna – gələn ilin ilk rübündə bu işlər də başa çatacaq».