21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın Trend İnformasiya Agentliyi ilə Caucasian Review of International Affairs (CRIA) alman analitik nəşri arasında informasiya sahəsində əməkdaşlıq haqda razılaşma imzalanıb.Bu haqda Trend İnformasiya Agentliyinin veb-resursunda məlumat verilib.
Razılaşma xəbər və analitik materiallarının mübadiləsini, həmçinin sifariş yolu ilə ikitərəfli əməkdaşlıq, sərmayə və beynəlxalq münasibətlər üzrə eksklüziv materialların hazırlanmasını nəzərdə tutur. Tərəflər gələcəkdə peşəkar təcrübə mübadiləsi sahəsində də əməkdaşlıq barədə razılığa gəliblər.
Beynəlxalq münasibətlərin Qafqaz icmalı (CRIA) - Almaniyada qeydiyyatdan keçib. Qeyri-kommersiya və akademik onlayn-jurnaldır. 2006-cı ildən ingilis dilində nəşr olunur. Geniş Beynəlxalq Məsləhət və Redaksiya Şurasına malik olma üstünlüyü Qafqaz, həmçinin Türkiyə, İran, Mərkəzi Asiya, Şərqi Avropa və başqa yerlərdə icmal, səmərəli dialoq və regional məsələlər üzrə fikir mübadiləsi aparmaq imkanı verir. CRIA-nın oxucuları arasında beynəlxalq münasibətlər üzrə peşəkarlar, səfirliklər, yüksək vəzifəli şəxslər, parlamentarilər, regional və beynəlxalq qeyri-hökumət təşkilatlar və b. vardır.
Qeyd edək ki, Trend İnformasiya Agentliyi 1995-ci ildə Azərbaycanda  yaradılmış özəl beynəlxalq informasiya agentliyidir.