21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Onlayn Media 2014” müsabiqəsinin münsiflər heyətinin toplantısı keçirilib.
Xeberler.az bildirir ki, toplantıda
müsabiqəyə təqdim olunan yazı və tvitlərin qiymətləndirilməsinin yekunları
 müzakirə edilib. 
Müsabiqəyə 22 yazı qəbul edilib və
qabaqcadan müəyyən olunan #ehokumet və #etehsil həştəqləri ilə 30 mikrobloqçu 3000
–dən çox tvit yazıb.
Müsabiqəyə təqdim edilən bir
yazının Müsabiqə Qaydalarına cavab vermədiyi nəzərə alınıb. Müsabiqəyə qəbul
edilən bütün yazıların linkləri telim.org
resursunda yerləşdirilib.
Qiymətləndirmə prosesində 8 nəfər münsif iştirak
edib. Məqalələr və tvitlər 10 ballıq sistemlə qiymətləndirilib.  Münsiflərin
verdiyi ballar əsasında qaliblər və fərqlənənlər müəyyən olunub.
Təqdim edilən yazılar üzrə yekun
ballar nəzərə alınmaqla bir 1-ci yer, iki 2-ci yer və üç 3-cü yer müəyyən
olunub.
#ehokumet həştəqi üzrə tvitlər təqdim
edənlər üçün də hər yer üzrə bir nəfər müəyyən olunub. #etehsil həştəqi üzrə
tvitlər təqdim edənlər üçün yalnız bir qalib yer müəyyən olunub.
Müsabiqənin qalibləri təqdimat mərasimində
açıqlanacaq. Qaliblərə və həvəsləndirici yer tutanlara Diplomlar və qiymətli hədiyyələr
( notbuk, planşet, smartfon və s)  təqdim olunacaq.
Tədbirdə həmçinin “Onlayn
medianın inkişafına dəstək i”  Layihəsi  çərçivəsində keçirilən Təlimləri uğurla
başa vuran jurnalistlərə  Sertifikatlar təqdim olunacaq.
2006-cı ildən 
başlayaraq  hər il  keçirilən bu layihənin və  müsabiqənin məqsədi
ölkədə informasiya cəmiyyəti və elektron hökumət quruculuğuna dəstək vermək,
İKT-dən yazan jurnalistlərin peşəkarlığının artırılmasına kömək etmək, İKT-dən
cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə
çatdırmaqdan ibarətdir.
“Onlayn Media 2014”  Müsabiqəsinin  yekunlarına 
həsr olunan Təqdimat mərasimi
28 noyabr  2014-cü ildə, saat 14.00-da Four Seasons Hotelində keçiriləcək.
Müsabiqə haqqında, 
yazıların mövzuları, qiymətləndirmə meyarları, münsiflərin tərkibi  ilə 
bağlı daha geniş məlumatı buradan əldə
etmək olar.
Layihə RYTN –in,  Nar Mobile
və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilir.
“Multimedia” Mərkəzi
AZ1001, Bakı, M. Əfəndiyev k. 5
Tel. 012492 44 44.
www.telim.org
[email protected]