21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dünyanın ən böyük sosial şəbəkəsi
Facebook istifadəçilərə xəbər lentində dostlarının müəyyən qeydlərini axtarmaq
imkanını verib.
“Axtarış nəticəsində siz son zənginizdən
olan videonu, oxumaq istədiyiniz məqaləni və ya ötən il baş tutan dostunuzun
toyundan olan fotonu asanlıqla tapa biləcəksiniz”, - deyə Facebook bloqunun yaydığı
məlumatda vurğulanır. 
İndiyə qədər istifadəçi Facebook-un axtarış sistemində - məsələn “Game of
Thrones” sorğusu verən  zaman ona
populyar seriala aid qruplar və səhifələr təqdim olunurdu. Lakin sosial şəbəkənin
etdiyi yenilikdən sonra sorğu nəticələrində həmçinin istifadəçinin dostlarının
bu serial haqqında yazdıqları, fikirlər, fotolar və video görüntülərdə əks
olunacaq. Sorğunu konkret istifadəçinin adını yazmaqla daha da konkret etmək
olar. 
Bundan əlavə yenilik rəfiqənizin ötən il Facebook-da paylaşdığı resepti və ya
ötən həftə dostlarınızın aktiv şəkildə müzakirə etdiyi məqaləni asanlıqla
tapmağa imkan verəcək. Sorğu nəticələri bir beçə faktorlar (paylaşılma tarixi,
digər istifadəçilər arasında populyarlıq və məlumatı paylaşan istifadəçiyə
yaxınlıq) əsasında sıralanacaq. 
İlkin olaraq sosial şəbəkənin yeniliyindən “detskop” versiyası və İOS tətbiqində
əsas dili Amerikan ingilis dilini quraşdıran istifadəçilər istifadə edə biləcək.
Paylaşımlar üzrə axtarışın aparılması barədə yenilin Android ƏS nə vaxt tətbiq
olunacağı və hansı dildə aktivləşdiriləcyi haqda məlumat verilmir. 
Mənbə: AzVision.az