21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
ABŞ-ın ən böyük qəzet konserni olan Ganettin gəlirləri 2009-cu ilin III rübündə $73,8 milyon olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 53% azdır.
Bloomberg bildirir ki, bir qədər əvvəl Ganett itkiləri və məsrəfləri azaltmaq məqsədilə 1200 əməkdaşını işdən çıxarmış, maaşları azaltmışdı. Bu addımlar konsernə rüblük xərcləri 14% azaltmağa imkan verib.
Restrukturlaşdırma və qənaət proqramları nəticəsində konsernin rüblük gəlirlərinin aşağı düşməsi reklam gəlirlərinin azalmasına rəğmən, təxminlənən səviyyədən az olub. Bir səhmə görə gəlir $0,76-dan $0,44-dək azalıb. Halbuki ekspertlər bir səhmin payına düşən gəlirin $39-42 azalacağını proqnozlaşdırmışdılar. Gəlirlərin 18%-lik azalması da təxminlənən 19%-dən az olub.
Ötən ili Ganett $1,8 milyardlıq itki ilə başa vurub. O vaxt da konsern 1120 nəfər əməkdaşını ixtisar etmişdi.
Konsern ABŞ-da təxminən 80 qəzetin, o cümlədən bu yaxınlaradək satış lideri sayılan USA Todayın sahibidir.
Böhranda çapalayan tək Ganett deyil. The New York Times qəzeti ilin sonunadək xəbər redaksiyasında 100 nəfəri ixtisar edəcək ki, bu da həmin departamentdə çalışanların 8%-ni təşkil edir.
AFP bildirir ki, qəzetin sahibi Times Co. media korporasiyası xəbər departamentinin əməkdaşları ilə danışıqların dünən başlandığını bəyan edib. Əməkdaşlara öz ərizələri ilə işdən çıxmağın əvəzində təzminat təklif ediləcək. Əgər təklifimizdən yararlanmaq istəyənlərin sayı 100 nəfərdən az olarsa, ixtisarlara əl atmalı olacağıq, - qəzetin icraçı direktoru Bill Keller bildirib.
Ötən ilin sonunda The New York Times qəzeti könüllü işdən çıxacaq əməkdaşlarına analoji şəkildə təzminatlar təklif edərək xəbər redaksiyasında çalışanların sayını 1330-dan 1250 nəfərədək azaltmışdı. Bundan başqa, qəzet 2009-cu ilin əvvəlində bütün əməkdaşlarının maaşlarını orta hesabla 5% azaldıb. Qəzetin belə addımlar atmasının səbəbi tirajın azalması və reklama olan tələbatın aşağı düşməsi şəraitində itkiləri minimallaşdırmaq istəyidir. // Ekspress