İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Xəzər Universitetində Milli İnternet Mükafatının təqdimatı keçirilib

02.11.2012 [16:32]

Fontu böyüt:      

Bu gün XƏZƏR Universitetində Milli Net 2012 - nin təqdimatı keçirilib. Təqdimat mərasimində Milli Net təşkilatçıları və Qafqaz Universitetinin müəllim və tələbələri iştirak ediblər.Milli Net Təşkilat Komitəsinin, Münsiflər Komissiyasının üzvləri
Bu gün XƏZƏR Universitetində Milli Net 2012 - nin təqdimatı keçirilib. Təqdimat mərasimində Milli Net təşkilatçıları və Xəzər Universitetinin müəllim və tələbələri iştirak ediblər.
Milli Net Təşkilat Komitəsinin, Münsiflər Komissiyasının üzvləri Osman Gündüz və Rəşad Əliyev , həmçinin Milli Net moderatorları  Milli Net haqqında məlumat veriblər.
Milli Net –in Qaydaları və Müsabiqədə iştirak şərtləri haqqında, səsvermə prosesi haqqında, Nominasiyalar və məhdudiyyətlər haqqında geniş məlumatlar təqdimat iştirakçılarının diqqətinə çatdırılıb.
Milli Net təşkilatçıları toplantı iştirakçılarının suallarını cavablandırıblar.

Növbəti həftədə İqtisad Universitetində, həmçinin VEB – studiya və developerlərin iştirakı ilə  oxşar təqdimatların keçirilməsi nəzərdə tutulub.

Məlumat üçün bildiririk ki, hazırda Milli Net-də saytların qeydiyyatının başa çatmasına 20 gün qalıb. Müsabiqəyə indiyədək 13 Nominasiya üzrə 181 sayt təqdim olunub və onlardan 153-ü yarışmaya buraxılıb.
Hazırda www.millinet.az saytında qeydiyyatdan keçən iştirakçılar Müsabiqəyə buraxılan saytlara şərhlər yazmaqla münasibətlərini bildirə bilərlər.
Noyabrın sonunda saytların qeydiyyatının, dekabrın 1-ci yarısında saytların qiymətləndrimə prosesinin başa çatdırılması nəzərdə tutulub.
Qaliblərin mükafatlandırılması və təqdimat mərasimi dekabrın 2-ci ongünlüyündə keçiriləcək.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
RİTN, Delta Telekom və SAZZ şirkətləri də Milli İnternet Mükafatına  dəstək verirlər.

Fotolar : http://www.facebook.com/media/set/?set=a.461859693853472.97584.299129120126531&type=1

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar