21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndiFontu böyüt:
Bakıda Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, eləcədə Poçt və Telekommunikasiya Administrasiyaları Avropa Konfransının (CEPT) birgə təşkil etdiyi Tezliklərin İdarə olunması üzrə işçi qrupun 64-cü toplantısı öz işinə başlayıb.
30 ölkədən çox nümayəndələrinin təmsil olunduğu iclasda 100-dən artıq mütəxəssis qatılıb.
Toplantının plenar iclasında həmçinin rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov da iştirak edir.
Tədbirdə bir sıra vacib məsələlər, o cümlədən tezliklərin bölüşdürülməsi və istifadə olunması üzrə Avropa Cədvəlinin yenilənməsi və dəstəklənməsinə dair işlərin davamı, kiçik radius diapazonunda (SRD) tezliklərin istifadə olunmasına dair strategiyanın öyrənilməsinin davamı, eləcədə ictimai təhlükəsizlik və fövqəladə hallar zamanı xilas etmə üçün genişzolaqlı sistemlərə (PPDR) dair məsələlərin müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, həmin işçi qrup CEPT ölkələrinin tezliklərin tənzimlənməsi sahəsinin mütəxəssisləri üçün radiotezliklərin idarə olunmasına dair məsələlərin müzakirə olunması məqsədi ilə təşkil olunub.
Tədbir sentyabrın 26-a kimi davam edəcək.