21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Çərşənbə günü «Azərbaycanın dostları» təşkilatı gənc fəalların həbsinə etiraz olaraq Azərbaycanın Böyük Britaniyadakı səfirliyi qarşısında etriaz aksiyası keçiriblər. Aksiya iştirakçılarının verdiyi məlumata görə onlar Adnanla Eminə azadlıq!»şüarını səsləndiriblər.
Onlar Adnan Hacızadə və Emin Millinin həbsiylə bağlı məlumatların yazıldığı vərəqləri yerli əhaliyə paylayıblar. Aksiyanın qətnaməsi isə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə təqdim olunub.
Gənc fəallar bu il iyulun 8-də Bakıdakı «Livan» restoranında baş vermiş insidentlə bağlı həbs ediliblər. Məhkəmə gənclər barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Onlar barəsində əvvəlcə xuliqanlıq, sonra qəsdən sağlamlığa az ağır zərər vurma maddələriylə ittiham irəli sürülüb.
Bir sıra beynəlxalq təşkilatlar bu həbsi gənclərin aktiv ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirib və Azərbaycan hakimiyyətindən onların azadlığa buraxılmasını tələb edib.