21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Google korporasiyası BMT-nin interneti tənzimləyəcək fövqəlmilli orqanın yaradılmasına dair təşəbbüsünü tənqid edib.
Müvafiq təklif BMT-də Braziliya nümayəndələri tərəfindən irəli sürülüb. Belə ki, braziliyalılar internetin tənzimlənməsi üzrə müvafiq kriterilərin işlənib hazırlanmasını həyata keçirəcək komissiyanın yaradılması təklifi ilə çıxış ediblər. Təklifdə əsasən ekstremal hallarda Qlobal Şəbəkənin nəzarət olunması nəzərdə tutulur, misal üçün qalmaqallı WikiLeaks resursu ilə bağlı yaranmış vəziyyətdə. Təşəbbüs Hindistan, Cənubi Afrika, Çin və Səudiyyə Ərəbistan, eləcə də digər dövlətlər tərəfindən dəstəklənib. Bununla yanaşı Avstraliya, ABŞ, Böyük Britaniya, Belçika və Kanada nümayəndələri öz fəaliyyəti ilə istifadəçi birliyi, internet sənayesi və ümumiyyətlə geniş ictimaiyyətdən təcrid olunacaq daha bir nəzarətedici orqanın yaradılmasının müəyyən təhlükə ilə bağlı olduğunu bildiriblər.
Yalnız BMT-yə üzv-ölkələrin hökumətlərinin nümayəndələrindən ibarət olacaq komissiyanın yaradılması haqqında qərar, Google korporasiyası, Beynəlxalq Ticarət Palatası, The Internet Society (ISOC) qeyri-kommersiya internet-təşkilatı, eləcə də digər şirkətlərin kəskin narazılığına səbəb olub. 
TCP/IP protokolunun tərtibatçılarından biri və hazırda Google-un vitse-prezidenti Vint Serf şirkətin bloqunda “Hökumətlər internetin idarə olunması üzrə inhisarçı olmalı deyil” fəsahətli bir adlı müraciət yerləşdirib. Burada V. Serf Google adından hökumətlər tərəfindən internetə nəzarətin inhisarlaşdırılmasına qarşı etiraz haqqında bəyanat imzaladığını bildirib. 
“Biz hesab edirik ki, ölkə hökumətlərinə internetin idarə olunmasına monopoliya verməyə ehtiyac yoxdur. Gəlin vəziyyəti olduğu kimi saxlayaq”, - vitse-prezident öz müraciətində vurğulayıb.