21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) bu gündən etibarən abunəçilərinə mobil rabitə xərclərinə görə hər ay 5 dəfə artıq dəqiqə həcmində bonus təqdim edəcək.
Şirkətdən xeberler.az-a verilən məlumata görə, aksiyanın şərtlərinə əsasən, abunəçiyə hər ayın əvvəlində ötən ayın mobil rabitə xərclərinə görə şəbəkədaxili bonus dəqiqələri hədiyyə olunur. Məsələn, ötən ay xərclənən hər 1 manat üçün bonus olaraq, balansa pulsuz 5 şəbəkədaxili dəqiqə əlavə ediləcək.
Məlumatda həmçinin qeyd olunur ki, mobil rabitə xərclərinə görə «Nar Mobile»ın abunəçiləri beş qat artıq hədiyyə almaqla yanaşı, şəhər nömrəsi ilə eyni uyğun mobil Nar nömrəsini almaq imkanı əldə ediblər. Eyni nömrə alan abunəçilərə 100 SMS hədiyyə olunacaq. Əldə olunan hədiyyə dəqiqələri haqqında məlumat almaq üçün, «Nar Mobile» abunəçisinə *777#20#YES şifrəsini yığıb zəng etmək kifayətdir.
Qeyd edək ki, «Premium» nömrə sahiblərinə aksiya çərçivəsində 50%-lik güzəşt təqdim olunur.
Xatırladaq ki, «Azerfon» şirkəti 2007-ci ilin mart ayından fəaliyyət göstərir və ölkə ərazisinin 80%-ni əhatə edir. Hazırda «Nar Mobile»in 1,2 mln-dan çox abunəçisi var.