21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
İnternet bütün həyatımıza daxil olub. Əvvəllər internetin nəşr məhsullarını sıradan çıxaracağı deyilirdi. Ona görə də, bir növ internetin yayılmasından qorxurdular. Lakin deyilənlər öz doğruluğunu təsdiqləmədi. İndiyədək arxivlərdə materiallar qələm və kağızın sayəsində saxlanılırdı. Hal-hazırda isə disk bunu əvəz edir.
Bəs görəsən bütün dünyada internet materiallarını çap etmək üçün nə qədər kağız, mürəkkəb, vaxt lazımdır? İnterneti hara köçürmək və sığdırmaq olar?
CreativeCloud adlı bir qrup bütün bu suallara cavab tapıb. Araşdırmanın nəticələrinə görə, bütün interneti yazmaq üçün yarım milyon litr mürəkkəb lazımdır. Eyni miqdarda təyyarə yanacağı bir Boeing 747-ni tam 18 min mil uçura bilmək üçün kifayət edər.
Əgər əlinizdə 1 ədəd çap üçün vasitə varsa, interneti çap etdirmək üçün 3805 il vaxt lazımdır. Yəni məlumatları oxumağa başlamaq üçün bu əməliyyatın M. Ö. 1800-cü illərdə Babillilər tərəfindən başlanması gərək idi. Komanda ilə işi bir az yüngülləşdirmək olar. Əgər bütün ABŞ əhalisi (təxminən 400 milyona yaxın) yazıları çap etməyə başlasalar internet 6 dəqiqə 36 saniyə sonra oxunmağa hazır hala gələ bilərdi.
Bütün interneti yazdırmaq üçün Lond Island adasının yarısını örtə biləcək qədər kağız lazımdır. Yəni 700 mil kvadrat, yəni təxminən 1800 kilometr kvadrat kağız lazımdır. Bu kağızı əldə etmək üçünsə 40 min ağacın kəsilməsi lazımdır.
Bütün bunlardan sonra interneti bir də kitab halına gətirmək istəsəniz, bu kitabı qoyacaq yer tapmaqda çətinlik çəkəssiz. Çünki internet kitabı təxminən 600 min ton ağırlığında və 30 kilometr yüksəkliyində olacaq.
İnterneti oxumaq üçün ömür yetməz. Çünki 7/24 heç ara vermədən bütün interneti oxumaq 57 min il davam edəcək. Planlarını təxirə salmaq istəməyənlər axşamları yatmadan əvvəl yalnız 10 dəqiqə oxumağı da seçə bilər. Bu vəziyyətdə isə bütün interneti oxuyub bitirməniz 8.219.088 il davam edəcək.