21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Sürətli hərəkət və suyu canına çəkən parçalardan istifadə etməklə kompüterinizi qısa müddət ərzində quruda bilərsiniz.
İndi isə biz sizə laptopunuzu qurutmaqdan ötrü etməli olacağınız hərəkətləri addım və addım izah edirik:
1. Laptopunuzu dərhal elektrik cərayanından ayırıb, onu söndürün. Kompüterin səthində görünən suyu mümkün olduqca tez əmici bir vasitə ilə çəkməyə çalışın.
2. Laptopunuzu başı aşağı çevirin. Klaviaturada düymələr arasında olan suları çıxarmaq üçün yüngülcə yelləyin. Kompüterinizi başı aşağı saxlayaraq dərhal batareyasını çıxarın.
3. Laptopunuzun içindəki adi gözlə görünməyən hissələri tamamilə qurutmaqdan ötrü aşağı istilik temperaturunda olan saç qurutma maşınından (fen) istifadə edin. Bu bir az vaxt ala bilər, səbirli olun və işinizi çox diqqətli bir şəkildə görün.
4. Cihazınızı klaviaturasıyla birlikdə və batareyasını da quru istilik temperaturlu bir əşyanın üzərinə qoyun və iç hissələrinin tamamilə quruduğuna əmin olana qədər bir neçə gün burada saxlayın. Bütün hissələri tamamilə quruyana qədər laptopunuzu tərsinə çevirməyin!
5. Laptopunuzun tamamilə quruduğuna əminsinizsə onda onu tərsinə çevirib əvvəlki vəziyyətinə qaytarın və kompüterinizi işə salın. Tamamilə quruduqdan sonra cihazınız tam əvvəlki kimi çalışacaq.
6. Qurumağı sürətləndirməkdən ötrü kompüterinizi içərisi düyü ilə dolu olan bir kisəyə qoya bilərsiniz