İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Xocalı faciəsinə həsr olunmuş saytın təqdimatı keçirilib

24.02.2009 [11:30]

Fontu böyüt:      


Bakıda “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyasının ingilis dilində internet saytının (www.justiceforkhojaly.org) təqdimatı keçirilib.

“Xocalıya Ədalət” (Justice for Khodjaly) beynəlxalq məlumat və təşviqat kampaniyası İslam Konfransı Təşkilatına (İKT) üzv qurumu olan Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə elan edilib və ötən ilin may ayının 8-də kampaniyaya start verilib.

1992-ci ilin fevral ayının 26-da Xocalı şəhərində törədilmiş insanlığa qarşı cinayətin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətə hüquqi, siyasi və insani qiymətin verilməsi üçün Xocalı soyqırımı ilə bağlı həqiqətlərin geniş beynəlxalq ictimaiyyətə çatdırılması və bu sahədə təşviqat aparılması məqsədlərini daşıyan kampaniyanın beynəlxalq səviyyədə rəsmi açılışı fevral 26-da həyata keçiriləcək. Həmin gün kampaniyanın və həmçinin onun internet saytının (www.justiceforkhojaly.org) Avropa, Amerika və Asiyanın bir çox paytaxt şəhərlərində təqdimatının keçirilməsi ilə kampaniyaya beynəlxalq səviyyədə start veriləcək.

İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun Baş katibi Elşad İsgəndərov bildirib ki, “Xocalıya Ədalət” kampaniyasının əsas məqsədi beynəlxalq ictimaiyyəti kampaniyanın auditoriyası və iştirakçısına çevirməkdir.
“Sayt vasitəsilə kampaniyanı iki istiqamətdə aparmaq mümkün olacaq. Sayt iştirakçıları olacaq gənclər Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb faciə ilə bağlı şəkillər yerləşdirə bilərlər. Şəkillərdə “Xocalıya Ədalət” şüarı əksini tapmalıdır. İkinci istiqamətdə Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi istiqamətində müraciətlər kampaniyası aparılacaq. Bu kampaniyaya martın ortalarında start veriləcək”, - E.İsgəndərov deyib.

Baş katibin bildirdiyinə görə, bu ilin dekabrın 10-da kampaniya çərçivəsində Xocalı soyqırımı ilə bağlı toplanmış imzalar, şəkillər, siyasi-hüquqi tanınması ilə bağlı müraciətlər BMT-nin İnsan Haqları Şurasına təqdim olunacaq.
E.İsgəndərov bildirib ki, saytda Xocalı faciəsi ilə bağlı qətnaməyə 112 təşkilat və 850 şəxs imza atıb. “Sayt istifadəçilərinin kampaniyaya qoşulmaq imkanı olacaq. Şəxslər iştirak formatını müəyyənləşdirərək kampaniyanın iştirakçısına, maliyyə dəstəyi göstərənə çevrilə bilərlər”, - Baş katib deyib. 
Saytda Xocalı faciəsi ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsi haqqında da ətraflı məlumatlar yerləşdirilib. Münaqişənin həlli istiqamətində aparılan danışıqlar, beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı qəbul edilmiş sənədlər də burada yer tapıb. Ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri soyqırımların xronoloji ardıcıllığı və xəritəsi də əks olunub.

İsgəndərov bildirib ki, “Xocalıya Ədalət” internet sayt artıq erməni xakerlərinin hücum və təxribatları ilə üzləşib.

Baş katib il ərzində saytın fransız, ərəb və rus dillərində də versiyalarının hazırlanmasının nəzərdə tutulduğunu bildirib.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.www.trend.az
xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar