21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Rəqəmli televiziya yayımının tətbiq edilməsi üçün hazırlıq işləri aparılır və Bakı şəhərində sınaq olaraq 10 televiziya kanalının rəqəmli şəkildə ötürülməsi təmin edilir. 
İndiyədək telefon rabitəsi vasitəsilə yalnız səsin ötürülməsi ilə kifayətlənən istifadəçilər, artıq bir telefon cihazı vasitəsilə genişzolaqlı internet xidmətlərindən, videogörüntünün ötürülməsindən, televiziya kanallarının izlənməsindən, elektron poçt və s. xidmətlərdən istifadə etmək istəyirlər. Texnologiyaların konvergensiyası, yəni bir-biri ilə qarışması nəticəsində daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün yeni-yeni imkanlar meydana çıxır. 
Bu istiqamətdə son illərdə həm Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, həm də ölkədə fəaliyyət göstərən telekommunikasiya operatorları, internet provayderlər tərəfindən müəyyən işlər görülüb.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, mobil telefon xidmətləri də respublikamızda daim təkmilləşir və bu xidmətlərdən istifadə edənlərin sayı artır. Respublikada mobil rabitə texnologiyasının üçüncü nəslinin (3G) tətbiqinə başlanıb. Genişzolaqlı internet xidmətlərinin göstərilməsi genişlənməkdədir və bunun üçün həm adi, həm də simsiz texnologiyalar tətbiq edilir. Artıq Bakıda və Abşeron yarımadasında WiMax şəbəkəsi qurularaq əhalinin istifadəsinə verilib.