21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
  «Gənc Liderlər» Uşaq Təşkilatı(GLUT) 2009-cu il «Uşaq ili»ndə ilk əhəmiyyətli layihəsini reallaşdırıb. Bu barədə açıqlama verən təşkilatın sədri Fərid Şahbazlı GLUT-un Gənc İstedadların virtual Ensiklopediyasını hazırladığını bildirib. Onun sözlərinə görə, www.istedad.tk ünvanında fəaliyyət göstərəcək virtual Ensiklopediyada yaxın aylarda minlərlə gənc istedadlar haqqında məlumatlar yerləşdiriləcək. 
  F.Şahbazlının sözlərinə görə, ölkəmizdə istedadlı uşaqların təbliği, fəaliyyət sferalarının genişləndirilməsi və onlar üçün yeni imkanların açılması məqsədi ilə yaradılan sayt bütün məktəblilərin görüş yerinə çevriləcək. Hazırlanan saytda müxtəlif sahələrdə-ictimai fəaliyyət, ədəbiyyat, musiqi, idmanda fərqlənən uşaq və yeniyetmələrin uğurları barədə materiallar yerləşdiriləcək. Təşkilat sədri deyir ki, daim yenilənəcək portal barədə isə bütün əlaqədar dövlət strukturlarına, ölkənin tanınmış ictimai xadimlərinə məlumat veriləcək ki, bu da gənc istedadların daha geniş miqyasda tanınmasına xidmət edir.   F.Şahbazlının sözlərinə görə, respublikamızda bu tip geniş miqyaslı layihə ilk dəfədir ki, həyata keçirilir və bu yaxın aylarda bütün ölkəni əhatə edəcək. 
   GLUT sədrinin sözlərinə görə, Gənc İstedadlar Ensiklopediyasının digər maraqlı cəhəti isə burada məktəblilərin öz kumirləri, bəyəndikləri məmur, millət vəkili və media qurumu haqda məlumat vermələridir. Təşkilat bu işdə bütün ictimaiyyəti fəal olmağa çağırır. 
xeberler.az/Ellada