İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Azercell”-in prezidenti Ali Ağan Azərbaycanı “Leqatum” Mərkəzinin illik konfransında təmsil edib

06.11.2010 [08:52]

Fontu böyüt:      

Konfrans ABŞ-ın dünya şöhrətli Massaçusets Texnologiya İnstitutunda baş tutub 28-29 oktyabr 2010-cu il tarixlərində dünya şöhrətli Massaçusets Texnologiya İnstitutundakı Media Laboratoriyasında “Leqatum” Mərkəzinin illik konfransı baş tutub. Konfrans dünyanın müxtəlif ölkələrindən sahibkarları, sərmayədarları, qeyri-kommersiya təşkilatları nümayəndələri və rəsmiləri bir araya gətirib.

Konfrans ABŞ-ın dünya şöhrətli Massaçusets Texnologiya İnstitutunda baş tutub

28-29 oktyabr 2010-cu il tarixlərində dünya şöhrətli Massaçusets Texnologiya İnstitutundakı Media Laboratoriyasında “Leqatum” Mərkəzinin illik konfransı baş tutub. Konfrans dünyanın müxtəlif ölkələrindən sahibkarları, sərmayədarları, qeyri-kommersiya təşkilatları nümayəndələri və rəsmiləri bir araya gətirib. Konfransın əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə sahibkarlığın təşviqi və bu sahənin inkişafına dəstəkdir.

İllik konfrans ilk öncə “Leqatum” Mərkəzinin yaradıcısı və tanınmış professor İqbal Quadirin məzurəsi ilə başlayıb, daha sonra isə nüfuzlu iş adamları və sərmayədarların çıxış və müzakirələri ilə davam edib. Məruzəçilər sırasında Azərbaycanı ölkəmizin aparıcı telekommunikasiya şirkəti olan Azercell Telekom MMC-nin prezidenti Ali Ağan təmsil edib və konfrans iştirakçıları qarşısında çıxış edib.

Öz çıxışında Ali Ağan Azərbaycanın telekommunikasiya sektoru, onun inkişaf dinamikası və nailiyyətləri haqqında söhbət açıb. Eyni zamanda, cənab Ağan müasir telekommunikasiya texnologiyalarının ölkəmizin sosial həyatına olan təsiri, ətraf mühit və ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün əhəmiyyətli töhfəsindən bəhs edib. Bununla bərabər, Ali Ağan qeyd etmişdir: “İKT sahəsi insanların həyatında çox mühüm rol oynamaqla, onların həyat tərzini dəyişdirə biləcək gücə malikdir. Belə ki, məhz bu sahənin dəstəyi və köməyi ilə regionlarda yaşayan insanların öz bizneslərini qurmağa şəraiti olur. Azərbaycan Höküməti İKT və telekom sahəsini neftdən sonra ən prioritet istiqamət elan etmişdir. Bu seçim ölkəmizdə bu sahənin inkişafı üçün böyük təkan olmuşdur. Azercell də öz növbəsində əhalimizin 99,8% faizini əhatə etməklə onlara yüksək keyfiyyətli mobil rabitəyə ilə təmin etməyə davam edir və bizneslərinin qurulmasında vasitəçi kimi çıxış etməkdən qürur duyur”.

Konfransın panel görüşlərində inkişaf etməkdə olan ölkə bazarlarına sərmayə qoyulması, səhiyyə, mobil, incəsənət və enerji texnologiyaları sahəsində irəliləyişə nail olmaq; inkişafda özəl sektorun rolu və s. bu kimi mövzular müzakirəyə çıxarılıb. Toplantının sonunda “Leqatum” Mərkəzi məzunlarının, həmçinin “Seed Qrant” mükafatçılarının təqdimatları olub. Toplantıya ümumilikdə 350-yə yaxın iştirakçı qatılıb. İndiyə qədər keçirilən konfranslarda 50-dən artıq natiq çıxış etmişdir.

“Leqatum” Mərkəzi artıq 2 ildir ki, özünün illik konfranslarını keçirir. Bu toplantılar az inkişaf etmiş ölkələrə yenilik gətirən müəssisələrin fəaliyyətinin gücləndirilməsində maraqlı olan dairələrin görüş yerinə çevrilib. Konfrans təşkilatçıları ümid edirlər ki, görüşlər nəticəsində yaradılan hərəkat inkişaf edən dünyada rifahın təminatı və yoxsulluğun azaldılması işinə yardım göstərəcək.

“Leqatum” Mərkəzi haqqında

“Leqatum” Mərkəzi Massaçusets Texnologiya İnstitutunun nəzdində fəaliyyət göstərir. Bu qurum 2007-ci ildə İnkişaf və Sahibkarlıq naminə qlobal sərmayə məsələlərini araşdıran “Leqatum” təşkilatı və İqbal Quadir tərəfindən təsis edilib. Mərkəz hərtərəfli inkişafı təşviq edən və inkişaf istiqamətlərini müəyyənləşdirən proqramları idarə edir. “Leqatum” Mərkəzi təcrübəli iş adamlarının köməyilə yeni işə başlayan sahibkarlara kömək edir, onların potensialını yüksəltməyə çalışır. Bu məqsədlə “Leqatum” Mərkəzi Qrant proqramını həyata keçirir.

Bundan əlavə, “Leqatum” Mərkəzi hər il az inkişaf edən ölkələrdə perspektivli müəssisələri yaratmaq üçün tələbə qruplarını yaradır. İndiyə qədər ümumilikdə 20-yə yaxın ölkədə işləmək üçün 34 komandaya Leqatum “Seed Qrantları” ayrılıb. “Leqatum” Mərkəzi həmçinin biznesin inkişafı, formalaşan bazarlarda sahibkarlıq, sərmayə imkanları və dəyişikliyə səbəb olan yeniliklərə həsr olunmuş mühazirələr də təşkil edir.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar