21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bildiyimiz kimi, Rabitə və İnformasiya Texnologiyaları nazirinin əmri ilə fevralın 1-dən İnternet qiymətləri dövlət provayderlərində 2,5 dəfə endirilib və AİF bu endirimi təqdirəlayiq sayıb.
Bu qərardan sonra Internet tariflərində provayderlərin əksəriyyəti endirimlər etməyə başladı. Lakin azsürətli İnternetdən istifadə edən əhali yenə də İnternetə çıxışı asanlıqla əldə edə bilmir.
Bunun səbəbi isə 128 kbit/s, 64 kbit/s sürətə uyğun xidmətlərin bir çox provayderlərdə olmamasıdır. Qiymətlərin enməsinə baxmayaraq,  aşağısürətli İnternet olmadığına görə, endirim o qədər də gözə çarpmır. Çünki əvvəl 128 kbit/s, 64 kbit/s sürət orta qiymətlə 30-40 manat idisə, endirimdən sonra bu qiymət 12-16 manat olmalı idi. Lakin görünür bu, provayderlərə o qədər də sərf etmir. Endirimdən sonra bu sürətlər ləğv olunmağa başlayıb. Əhali arasında bu tariflərə tələbatın  çox olmasına baxmayaraq, provayderlər yüksəksürətli İnternet təklif etməyə üstünlük verirlər.
 
AİF-in ekspertlərinin bildirdiyinə görə, bunun səbəbi provayderlərin ümumiyyətlə limitsiz genişzolaqlı İnternet təklif etmək üçün texniki imkanlarının məhdud olmasındadır. Ona görə də, aşağısürətli İnternet satmaq onlara sərf etmir və yüksək sürət satmaqla bu boşluğu aradan qaldırmaq istəyirlər.
AİF-in müşahidələrinə görə, həm dövlət provayderlərində - Aztelekom, Bakinternet, həm də bir sıra özəl provayerlərdə - Connect, Azeronline, Adanet və s. genişzolaqlı limitsiz İnternetin tarif paketlərində 128 kbit/s, 64 kbit/s sürətləri yoxdur. 
Beləliklə, əhali aşağısürətli İnternet üçün yenə də dial-up-a müraciət etməli olur və 90 %-dən çox İnternet istifadəçilərinin istifadə etdiyi dial-up xidmətində hələlik heç bir endirim müşahidə olunmayıb.
Endirim yalnız korporativ müştərilər, yüksəksürətli İnternet istifadəçiləri üçün əlverişli olub.
Xatırladaq ki, İnternet qiymətlərinin endirilməsindən sonrakı vəziyyətlə bağlı RİTN və AİF-in apardığı monitorinq davam edir.