21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
1915-ci il hadisələrinə görə ermənilərdən üzr istənilməsi ilə bağlı başlanan internet-kampaniyaya qarşı əks-kampaniyaların dairəsi genişlənir. APA-nın məlumatına görə, bu gün ermənilərdən üzr istənilməsinin yolverilməz olduğunu düşünən insanlar daha bir internet kampaniyaya başlayıblar. www.ozurdilemiyoruz.biz saytında başlayan kampaniyaya qoşulanlar arasında bir çox məhşur şəxslər də var.
Saytdakı “Tarix yaşanmış, yazılmış və hökmünü vermişdir. Ortada utanacağımız bir günah və adına üzr istəyəcəyimiz bir günahkar yoxdur. Bu iyrənc kampaniyaya başlamaq cəsarəti tapanlar, ziyalı adının arxasında gizlənərək heç kəsin Türk millətinin adından danışa bilməyəcəyini və Türk millətini mühakimə edə bilməyəcklərini anlamalıdır” sözlərinin altına imza atanlar arasında sənətçi Əhməd Şəfəq, Ozan Arif, CHP və MHP millət vəkilləri, Böyük Birlik Partiyasının sədri, millət vəkili Mühsin Yazıçıoğlu, çoxlu sayda jurnalist də var. Kampaniyaya Azərbaycandan qoşulma səviyyəsi də çox yüksəkdir. Türkiyədə yaşayan ermənipərəstlərin iyrənc kampaniyasına “yox” demək istəyənlər www. ozurdilemiyoruz.biz saytına daxil olaraq imza ata bilərlər.
Qeyd edək ki, dünən səhər saatlarında www.ozurbekliyoruz.com saytında başlayan kampaniya da davam edir. Bu kampaniyada da dünyanın bir çox yerlərində yaşayan azərbaycanlılar aktiv iştirak edirlər. Ermənilərin türk xalqından üzr istəməsi tələbi ilə başlayan imzatoplama kampaniyasına artıq on minlərlə insan qoşulub. Kampaniya davam edir.