21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
"Milli rabitə peykinin orbitə çıxarılması üzrə layihənin ümumi məbləği 163 milyon manat təşkil edir. Bu məbləğdən 86-87 milyon manat peykin öz qiymətidir, 16 milyon manata əsas və ehtiyat idarəetmə sistemi başa gələcək, təxminən 40 milyon manat hazırlıq işləri və peykin orbitə çıxarılmasına xərclənəcək və 18 milyon - 100 faizlik sığorta."-bu məlumatı Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu gün jurnalistlərlə söhbətdə bildirib.
Ə.Abbasovun sözlərinə görə layihəyə kapital qoyuluşu 5-7 ilə özünü doğrultmalıdır, gələcək 15 il ərzində isə bu layihə təmiz mənfəət gətirəcək.
Qeyd edək ki,tenderin nəticələrinə görə “AzerSat”-ın hazırlanması və orbitə çıxarılması ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti tərəfindən həyata keçiriləcək. Hazırlanma işlərinin sentyabr ayında başlanılması planlaşdırılır. Peykin orbitə çıxarılması isə 2011-ci ilin dekabr ayına nəzərdə tutulub.