21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qarşısında təkliflə çıxış edib.  O.Gündüz bildirib ki, ali məktəblərə İnformasiya Texnologiyaları (İT) və ya kompüter sahəsi ilə əlaqəli ixtisaslara qəbul üçün kimyadan deyil, informatikadan imtahan verilsin.
“Son illərdə ali təhsil müəssisələrində kompüter elmləri ilə bağlı xeyli yeni ixtisaslar təsdiqlənib. Təxminən 8-10 ixtisas var ki, birbaşa İKT ilə əlaqəlidir. Amma fikrimcə, dəyişikliklər ala-yarımçıq aparılır. 
Təsəvvür edin ki, orta məktəblərdə hazırda 1-ci sinifdən başlayaraq 11-ci sinfədək informatika fənni keçirilir. Əlbəttə, düşünmürəm ki, hər yerdə informatika müəllimi yüksək peşəkarlığa malikdir. Yaxşı səviyyədə olanlar da son dövrlərdə artıb. Orta təhsil sistemində də informasiyalaşma prosesləri gedir. 
Amma hazırda situasiya belədir. Əgər siz ali məktəblərə qəbul imtahanlarında İKT sahəsi ilə əlaqəli ixtisas seçmək istəyirsinizsə, mövcud qaydalara görə 1-ci qrupu seçirsiniz və burada da kimya fənni də daxil olmaqla 5 fənndən imtahan verməlisiniz. 
Anlaşılmazdır ki, nə üçün informatika yox, məhz kimya. 
Fikrimcə, ilkin dövr üçün ən azı riyaziyyat fənni daxilində informatika da öz əksini tapmalıdır. 
Ümumiyyətlə isə artıq şərait tələb edir ki, qruplar dəyişdirilsin və İKT ilə əlaqəli ixtisasları özündə cəmləşdirən yeni bir qrup formalaşdırılsın, orada da informatika fənnindən mütləq imtahan salınsın”.