21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Hamıya məlumdur ki, hazırda müqəddəs Ramazan ayını yaşayırıq.Ramazan ayında oruc tutmaqla bərabər, ibadətlərimizi də artırırıq, Quran oxuyurq, kasıblara və kimsəsizlərə əl tuturuq, sədəqə veriririk. Bir sözlə Allaha daha yaxın olmağa çalışırıq. Bunlar isə bizə Peyğəmbərimizdən (s.a.s) miras olaraq qalmışdır, biz də onlar kimi bu mübarək aydan səmərəli istifadə etməyə çalışırıq. Ramazan ayında bizə vacib olan fitrə zəkatı (sədəqəsi) də vardır ki, bunu hər bir müsəlman verməlidir.
Bu zəkat Ramazan ayının son günlərində bayram namazına qədər kasıblara verilməlidir. Fitrə zəkatını bayramdan sonraya saxlamaq olmaz. Fitrə ödəyən insan özü ilə birlikdə kiçik uşaqlarının və himayəsində kimsə varsa onların da fitrə zəkatını ödəməlidir.
Təəssüf ki, müasir dövrə iş problemləri,ailə qayğıları ilə əlaqədar insanlar fitrə zəkatlarını vaxtı-vaxtında çıxardıb ehtiyacı olan şəxslərə verə bilmirlər.Lakin narahatlığa əsas yoxdu, hər zaman öz yenilikləri ilə istifadəçilərinin rahatlığını düşünən və onları sevindirən kataloq.net bu dəfə xeyirli bir işə vasitəçi oldu. Belə ki, saytda yerləşdirilən "fitrə online" düyməsi vasitəsilə istifadəçilər bundan sonra online olaraq fitrələrini çıxarda biləcəklər.

Layihə rəhbəri Vahid Qasımovun xeberler.az-a verdiyi məlumata əsasən belə bir xeyirxah işdə vasitəçilik etməkdə əsas məqsəd həm istifadəçilərin işini asanlaşdırmaq, həm də həqiqətən yardıma möhtac insanlara yardım göstərməkdi.
Kataloq.net-in başlatdığı bu xeyirxah aksiya Xeyriyyə uşaq cəmiyyəti olan “SOS Uşaq kəndləri Azərbaycan” Assosasiyası ilə birgə həyata keçirilir. Aksiya bir həftə müddətində davamedəcək. Ola bilər ki, gedişat müddətində başqa qurumlar da aksiyayada iştirak etsin.

Vahid Qasımov, həmçinin bildirdi ki, bu tip aksiyaların gələcək illərdə də davam edəcəyi planlaşdırlır.Hətat növbəti illərdə bir sıra müsəlman xeyriyyə təşkilatları ilə də əməkdaşlıq nəzərdə tutulur.
Kataloq.NET 2006-cı ildə yaranmış, məqsədi Azərbaycana aid məlumat resurslarının vahid bir verilənlər bazasında toplamaq, və azərbaycan dilli İnternet istifadəçilərinin onlardan rahat və universal şəkildə istifadə etmələrini təmin etməkdir.
“SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf İnternational” humanitar təşkilatına daxildir. “SOS Kinderdorf İnternational” təşkilatı valideyn himayəsindən, valideyn qayğısından məhrum olan uşaqları irqindən, milliyyətindən və dinindən asılı olmayaraq daimi yaşayış yeri ilə təmin edir və onları cəmiyyətə müstəqil vətəndaş kimi hazırlayır.
xeberler.az olaraq sizi də bu xeyirxah aksiyada iştirak etməyə və bu müqəddəs günlərdə yardıma möhtac insanları sevindirməyə səsləyirik.Allah qəbul eləsin!