21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Almaniyanın Hannover şəhərində CeBIT 2011 sərgisi öz işinə başlayıb. 
Dünyanın ən iri İT-sərgilərindən biri hesab olunan CeBIT ənənəvi olaraq hər il keçirilir. Məhz bu tədbirdə il ərzində İKT sahəsində ən son yeniliklər nümayiş etdirilir. Sözügedən tədbir, təkcə Avropada deyil, ümumiyyətlə bütün dünyada İKT sektorunu geniş şəkildə işıqlandıran forumdur. Hər il burada bir araya gələn müxtəlif peşə sahibləri, alim və mütəxəssislər, biznesmenlər dinamik inkişaf edən texnologiyalar sahəsində öz bilik və bacarığı ilə bölüşür, fikir mübadiləsi aparırlar. 
Sərginin rəsmi açılış mərasimi dünən baş tutub. Mərasimdə Almaniyanın kansleri Angela Merkel və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış ediblər. Onu da qeyd edək ki, bu il CeBIT-in tərəfdaş-ölkəsi qismində Türkiyə çıxış edir.
www.infox.ru saytının məlumatına görə, cari ildə sərgidə 70 ölkədən 4200 şirkət iştirak edir. Sərgidə biznes, təhsil, səhiyyə sahəsi və dövlət idarələrində yeni texnologiyaların tətbiqinə yönəldilmiş 4 platforma - CeBIT pro, CeBIT lab, CeBIT life və CeBIT gov fəaliyyət göstərir. 
Bu il sərginin devizi “Kreativliyin və innovasiyaların gücü!” sloqanı, əsas mövzusu isə “Bulud texnologiyaları” (cloud computing) olub. Sərginin ayrıca pavilyonu sözügedən sahə üzrə ("Cloud Computing World") son nailiyyətlərin nümayişinə həsr edilib. 
//ikt.az