21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
4 may tarixində www.navigator.az məlumat-axtarış saytı xakerlərin DDoS hücumuna məruz qalıb. Sayt bazar ertəsi saat 18:50-dən 19:55-dək istifadəçilər üçün bağlı olub.
Texniki xidmətin verdiyi məlumata əsasən, hücum zamanı saytda saxlanılan məlumtlara zərər dəyməyib. Məlumatda həmçinin bildirilir ki, bu “Navigator.az” saytı üçün bu ilk belə hadisədir.
"Siteman" veb-studiyasının əməkdaşlarının və onların amerikalı həmkarlarının düzgün və operativ addımları sayəsində hücum neytrallaşdırılıb və www.navigator.az  saytı artıq bir saat sonra öz əvvəlki rejimində işləməyə başlayıb.
 
DDoS-hücumu – “Distributed Denial of Service Attack” ifadəsinin ixtisarıdır. Sözügedən kompüter cinayətinin xüsusiyyəti ondan ibarətdir ki, xakerlər öz qarşılarında müdafiə olunan kompüter şəbəkəsinə icazəsiz daxil olub, oradan məlumat oğurlamaq və ya onu məhv etmək məqsədini qoymurlar. Hücumun məqsədi – minlərlə viruslu kompüterin yardımılə hücuma məruz qalan veb-saytın fəaliyyətinə əngəl olmaqdır. Eyni zamanda həmin kompüterlərdən hədəf seçilən sayta arası kəsilmədən sorğular göndərilir ki, bu da serverin həddindən artıq yüklənməsinə gətirir və nəticə kimi adi istifadəçilər sayta daxil ola bilmir. 
Ola bilsin ki, hücum üçün istifadə olunan kompüterlərin sahibləri belə, onların kompüterlərinin xakerlər tərəfindən belə bir niyyətlə istifadə etdiklərindən xəbərlərsizdirlər.