21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanda keçiriləcək Parlament seçkisində jurnalistlərin maarifləndirilməsinə dair kitablar çap edilib.
Bu gün Mətbuat Şurasında Avropa Şurasının Azərbaycan nümayəndəliyi ilə birgə əməkdaşlığı çərçivəsində nəşr edilən "Media və seçkilər", "Seçkilərin ədalətli və balanslı işıqlandırılması" adlı kitabçaların təqdimatı keçirilib.
Bu kitablarda peşəkar jurnalistlərin hüquqları kimi müəyyən öhdəlikləri var.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, seçkilər hər bir xalq, millət üçün taleyüklü məsələlərdəndir. Proses zamanı hər bir vətəndaş qrupunun üzərinə məsuliyyət düşür. Medianın və jurnalistlərin üzərinə düşən məsuliyyət isə xüsusilə böyükdür. Onlar seçkinin gedişi, namizədlərin platformaları barədə cəmiyyəti operativ və obyektiv işıqlandırmalı, tərəfsiz olmalıdırlar.
Avropa Şurasının Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek kitabların nəşrinin Azərbaycanda noyabrda baş tutacaq Parlament seçkisinə dəstək üçün Avropa Şurasının Fəaliyyət Planı çərçivəsində reallaşdırıldığını deyib.
Əsas öhdəliklər kimi ədalətlilik, qərəzsizlik və tərəfsizlik Avropa Şurasının nümayəndəsi tərəfindən önə çəkildi. Medianın cəmiyyətdəki yeri və roluna toxunan xanım Kotek bu rolun özünü xüsusilə seçkilər zamanı göstərdiyini vurğulayıb.
Azərbaycanda parlament seçkiləri 7 noyabr 2010-cu il tarixinə təyin edilib. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.