21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, mərhələli seçim nəticəsində seçilən gənclər 2 ay müddətində həm şirkətdə işləyib təcrübə qazanmaq, həm də müvafiq əmək haqqı almaq imkanı qazanırlar. Azercell-də təcrübə keçmək imkanı tələbələr üçün universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradacaq. Bundan əlavə, tələbələr telekommunikasiya sənayesi haqda birbaşa mənbədən bilik əldə edəcək, maraqlı, həmçinin məsuliyyətli layihələrdə iştirak edəcəklər. Bu proqram gənclərin gələcək karyera inkişafında da yardımçı olacaq. 
Proqramda ali təhsil məktəblərinin son iki kursunun tələbələri və 2010-cu ilin məzunları iştirak edə bilər. Bu proqrama müraciət etmək istəyənlər təqdim edilən siyahı üzrə özləri üçün maraqlı olan sahəni seçərək elektron müraciət ərizəsini doldurub tələb edilən sənədlərlə birlikdə müvafiq ünvana göndərməlidirlər. Müraciət forması ilə yanaşı gənclər həm də təqdim edilən iki mövzudan biri üzrə ingilis dilində esse yazmalıdırlar. Təcrübə proqramının iştirakçılarının seçimi zamanı əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Qafqaz Universitetinin tələbə və məzunlarına üstünlük veriləcək. 
Təcrübə proqramına 15 May 2011-ci il tarixinə kimi müraciət etmək olar. Bütün müraciətlər yalnız elektron ərizə formasında qəbul olunur. Ərizə formasını şirkətin www.azercell.com ünvanlı saytından əldə etmək olar.