21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti ötən ilin dekabr ayında da 153 958 ədəd istifadə sayı ilə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən ən çox istifadə olunan elektron xidmətlər siyahısında birinci olub. Bu barədə Xeberler.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Həmçinin, son bir ayda ƏƏSMN-in “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən istifadə sayı 68 528 ədəd, “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı isə 18 710 ədəd təşkil edib. Qeyd olunan dövrdə ƏƏSMN-in yalnız bu 3 elektron xidməti üzrə istifadə sayı ümumilikdə 241 196 ədəd olmaqla “Elektron hökumət” portalı üzərindən 43 qurum tərəfindən göstərilən 336 elektron xidmətə dair ümumi istifadə sayının (595 596 ədəd) 40,4 faizi deməkdir.
Hər üç elektron xidmət ƏƏSMN tərəfindən ötən il əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi nəticəsində istifadəyə verilib. Bu sistem ölkədə əmək münasibətlərinin elektron müstəvidə qeydiyyata alınmaqla şəffaflaşdılmasına, bu sahəyə dövlət nəzarətinin təkmilləşdirilməsinə, qeyri-leqal məşğulluq hallarının aradan qaldırılmasına, işçilərin gələcək sosial və layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsasın yaradılmasına yönəlib.
inin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti ötən ilin dekabr ayında da 153 958 ədəd istifadə sayı ilə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən ən çox istifadə olunan elektron xidmətlər siyahısında birinci olub. Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Son bir ayda ƏƏSMN-in “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən istifadə sayı 68 528 ədəd, “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı isə 18 710 ədəd təşkil edib. Qeyd olunan dövrdə ƏƏSMN-in yalnız bu 3 elektron xidməti üzrə istifadə sayı ümumilikdə 241 196 ədəd olmaqla “Elektron hökumət” portalı üzərindən 43 qurum tərəfindən göstərilən 336 elektron xidmətə dair ümumi istifadə sayının (595 596 ədəd) 40,4 faizi deməkdir.
Hər üç elektron xidmət ƏƏSMN tərəfindən ötən il əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi nəticəsində istifadəyə verilib. Bu sistem ölkədə əmək münasibətlərinin elektron müstəvidə qeydiyyata alınmaqla şəffaflaşdılmasına, bu sahəyə dövlət nəzarətinin təkmilləşdirilməsinə, qeyri-leqal məşğulluq hallarının aradan qaldırılmasına, işçilərin gələcək sosial və layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsasın yaradılmasına yönəlib.