21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gündən etibarən internet istifadəçiləri daha bir saytla tanış olmaq imkanı əldə edəcəklər. Belə ki, «Yeni Yol» qəzetinin baş redaktoru, Əlişir Əhəd Tia.az- yeni bir xəbər saytının fəaliyyətinə start verib.
Bu barədə Qaynar.info-ya məlumat verən Əlişir Əhəd bildirib: «Bizim yaratdığımız yeni saytın digərləri ilə eyniyyət təşkil etməməsi üçün bütün qüvvəmizi ortaya qoyacağıq. Çalışacağıq ki, həm operativ, həm də obyektiv məlumatları vaxtında oxucuya çatdıraq. Bunun üçün geniş imkanlarımız və potensialımız var».
Tia.az saytında bir sıra yeniliklərin olacağını da diqqət mərkəzinə çəkən Ə.Əhəd qeyd edib ki, bu yeniliklərdən biri də millət vəkillərinə tribuna verilməsi olacaq. «Bizim saytın adının açılışı Tribuna İnformasiya Agentliyidir. Qərara almışıq ki, millət vəkillərinə tribuna verək. Ciddi araşdırmalarımız, maraqlı informasiyalarımız da oxucuların diqqətini çəkəcək. Bütün sahələrdə ən son yenilikləri də hamıdan əvvəl onlara çatdırmağı özümüzə borc bilirik. Ona görə də, inanırıq ki, tez bir zamanda hamının rəğbətini qazanacağıq".