21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Hal-hazırda Azərbaycanda internet qiymətlərini digər qonşu ölkələrlə müqayisədə formal olaraq normal hesab etmək olar. Bu barədə Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, 1 meqabit internetin bəlli sürəti Rusiyada hansı qiymətdirsə bizdə də ona yaxınlaşıb. Azərbaycanda internetin keyfiyyəti ilə bağlı problemlər toxunan AİF prezidenti bildirib ki, ölkəmizdə provayderlər tərəfindən təqdim olanunan sürətlə, istifadəçilərin aldığı real sürət arasında kəskin fərq var.
Onun sözlərinə görə, bu məsələyə internetin keyfiyyət kontekstindən baxdıqda onda məlum olur ki, bizdə internet qiyməti bahadır.
“25 manat ödəyərək 1 meqabit internet surəti almaqla bağlı müqavilə bağlayırıq. Amma internetdə olan vasitələr və alətlərlə bu sürəti ölçəndə görürük ki, bu aldığımız sürətdən 3 dəfə aşağıdır. Bu da o deməkdir ki, bizdə internet digələrinə nisbətən 3 dəfə bahadır. Biz internet qiymətləri ilə razıyıq amma təklif olunan sürətlə, keyfiyyətlə bağlı problemlər var”,- deyə o qeyd edib. // SİA