21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Məşhur Mozilla Firefox brauzeri Google axtarış sistemini Yahoo ilə əvəzləyib. Məlumat Yahoo-nun rəsmi bloqunda yayımlanıb.
Xeberler.az  bildirir ki, son 10 il Google Mozilla-ya
“default”, yəni “susmaya görə” axtarış sistemi olmaq üçün ildə 100 milyon
dollar ödəyirdi. Qeyri-kommersiya təşkilati olan Mozilla gəlirinin 85 faizini
elə Google-dan əldə edirdi. 
Yahoo-nun baş direktoru Marissa
Mayer Mozilla ilə 5 illik müqavilənin bağlandığını təsdiqləyib: “Yahoo bütün
kompüter və mobil qurğularda Mozilla brauzerinin “default” axtarış sistemi
olacaq”. 
Müqavilə 2015-ci ildən qüvvəyə
minəcək. 
Statcounter analitik xidmətinin məlumatına
əsasən, dünya bazarına  48 faiz göstərici
ilə Google Chrome brauzeri liderlik edir. 2-ci yerdə Internet Explorer, 3-cü
yerdə isə 16,8 faiz nəticə ilə Mozilla Firefox qərarlaşıb. Axtarışların 90
faizini  reallaşdıran Google axtarış
sistemləri arasında qlobal liderliyi saxlayır. Yahoo-nun payına sorğuların cəmi  3,8 faizi düşür.