21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Mərkəzi Bankı ölkədə poçt banklarının yaradılması üzrə hazırlıq işlərini davam etdirir. Mərkəzi Bankın idarə heyətinin sədri Elmar Rüstəmovun Fineko/abc.az-a verdiyi məlumata görə, Azərbaycanın poçt şöbələri bank xidmətlərinin göstərilməsinə dair lisenziyanı 2009-cu ilin sonuna kimi alacaqlar. “Lisenziyaların verilməsi olduqca vacib məsələdir. Həmin məsələ nəticəsində ölkədə təxminən 1,5 min poçt bankından ibarət şəbəkə yaradılacaq.
İlkin mərhələdə bu poçt bankları tərəfindən kommunal xidmətlərin yığımı, ödəniş funksiyaları, pul baratları kimi xidmətlərin göstəriləcəyi, eləcədə iri (AZIPS) və kiçik (XOHKS) ödəniş sistemlərinin, milli kart ödənişi sisteminin üzvü olacaqları nəzərdə tutulur”, - deyə E. Rüstəmov bildirib.
Qeyd olunan şəbəkənin ölkə boyu bankaların, onların filial və bölmələrinin ümumi sayından üç dəfə daha geniş olacaq. AMB-nin idarə heyətinin sədri onu da qeyd edib ki, “bu işlərin aparılması üçün Azərbaycan Mərkəzi Bankının və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin işçi qrupu fəaliyyət göstərir ki, həmin qrup bütün yaranan məsələlərin həllini təmin edir”. Mövcud qanunvericiliyə əsasən poçt şöbələri kredit xidmətləri istisna olmaqla bütün spektr bank xidmətlərini təqdim edə bilər. Sistem Dünya Bankının “Maliyyə xidmətlərinin inkişafı layihəsi” çərçivəsində təklif olunur və reallaşdırılır.