21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
İyun ayının 29-da Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İsrailin elm və texnologiyalar naziri Daniel Herşkovitzin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazir Əli Abbasov qonqları salamlayaraq Azərbaycan və İsrail Prezidentlərinin görüşündən sonra iki ölkə arasındakı mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar yarandığını, informasiya və kommunikasiya texnologiyaları sahəsində imzalanan sazişin əhəmiyyətini vurğulayıb, bu sahədə əldə olunmuş təcrübədən qarşılıqlı istifadənin səmərəli olacağını qeyd edib və hər iki tərəfə uğurlar arzulayıb.
Nazir Azərbaycanın təşəbbüsü ilə həyata keçirilməsi nəzərdə tutulan Şərq-Qərb yüksək sürətli informasiya magistralı barədə ətraflı danışaraq, bu istiqamətdə aparılan danışıqlar, görülən hazırlıq işləri haqqında söhbət açıb, layihənin beynəlxalq dəstək qazanacağına əmin olduğunu vurğulayıb, layihə barədə İsrailli həmkarların fikir və təkliflərinin əhəmiyyətli ola biləcəyini qeyd edib.
Öz növbəsində Daniel Herşkovitz Azərbaycanda olduğundan məmnunluq hissi keçirdiyini qeyd etdi, Azərbaycanda İKT sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən xəbərdar olduğunu, bu sahədə İsrailin Azərbaycana lazımi dəstək verəcəyini vurğuladı, gələcək perspektivlərin inkişafı üçün fikir və təkliflərini bildirdi.